Öndə Ali Baş Komandan idi

 

Allah öz bəndələrinə görmək eşitmək üçün göz qulaq verir!

Bir görüb-eşitdiyindən lazımi nəticə çıxarmaq üçün ağıl!

Bunlarsız insan normal yaşaya bilər, xoş güzəranlı sabahın qurar!

Uzaq məsafənigörməkçətindir.

Eşitmək üçün isə yaxın-uzaq yoxdur!

Hərçənd ki, kosmosdan peyk vasitəsilə baxmaqla hər şeyigörüb-eşitmək”, nəyin necə olduğunu asanlıqla müəyyənləşdirmək mümkündür!

***

Bir daha XX əsrin ən dəhşətli faciələrindən biri sayılan Xocalı soyqırımından söhbət açırıq.

Həm təkcə söhbət açmırıq! Erməni faşizmi tərəfindən insanlığa qarşı ən qəddar cinayətlərdən birinin 25 illiyi ilə əlaqədar ikinci dəfədir ki, “Xocalıya ədalət!” hayqırtısı ilə ümumxalq yürüşü keçiririk.

Bu yürüş sənin üçündür!

Sənin gözünü qulağını açmaq üçündür!

Eşit, bil, ey Dünya!

Bir gecədə Xocalıda 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetiriblər!

Ona görə ki, onlar azərbaycanlı olublar!

Ona görə ki, onlar dədə-baba torpaqlarından çıxmaq istəməyiblər!

Dinc əhalinin milli mənsubiyyətinə görə kütləvi şəkildə öldürülməsi soyqırımı sayılır!

Soy---!!!

***

Budəfəki yürüşün önündə daim dünyanı sülhə, əməkdaşlığa, həmrəyliyə bir-birinə hörmətə çağıran, müstəqillik yaşı hələ otuza çatmayan dövlətin rəhbəri cənab İlham Əliyev gedir!

O İlham Əliyev ki, Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirərək qısa müddətdə Azərbaycanı Cənubi Qafqazın ən güclü modern, sabit əmin-aman dövlətinə çevirib!

O İlham Əliyev ki, Avropanın enerji resursları ilə təchizində ən etibarlı sözünə sadiq tərəfdaşıdır!

O İlham Əliyev ki, təkcə regiona yox, bütün dünyaya fayda gətirəcək Şərq-Qərb, Şimal-Cənub nəqliyyat Cənub qaz dəhlizilayihələrinin müəllifi gerçəkləşdirənidir!

O İlham Əliyev ki, I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin edərək IV İslam Həmrəyliyi Oyunlarına start verib!

O İlham Əliyev ki, Azərbaycanın multikulturalizm ənənələrini örnək kimi bütün dünyaya təqdim edib!

O İlham Əliyev ki, dövlətinin xalqının maraqlarını hər şeydən uca tutmaqla yanaşı dünyanın da sabahını düşünür!

Bu, dünyaya ədalət çağırışıdır!

Bu, insanları obyektiv qərəzsiz olmağa çağırışdır!

Bu, işğalçını, təcavüzkarı cilovlamağa çağırışdır!

Bu, terrorizmin qarşısını qətiyyətlə birgə səylə almağa çağırışdır!

Bu, dünyadakı bütün insanları rənginə, irqinə, dininə millətinə görə növlərə bölmədən bütün hüquqlarını qətiyyət prinsipiallıqla qorumağa çağırışdır!

***

Eşit bil, qoca Dünya!

Cinayət cəzasız qalanda qatillər azğınlaşır!

Sonra bənzər cinayətlərin sayı artır!

Dünya XX əsrdə Avropada meydana çıxan faşizmi görmədi: milyonlarla yəhudi soyqırımına məruz qaldı!

İndi Berlinin mərkəzində Holokost qurbanlarının xatirəsinə həsr olunan soyqırımı abidəsi dayanır!

XXI əsrdəköhnəterrorizmin yeni təzahürlərinə laqeydliklə yanaşıldı: əvvəlcəəl-Qaidə”, indi isə İŞİD dünyanı terrorizm meydanına çevirərək günahsız insanların qanını durmadan axıdırlar!

Nyu Yorkdakı əkiz binalar, ərəb Avropa dövlətlərində törədilən terror aktları ara vermir...

Şəhərlər xarabalıqlara çevrilir, dinc əhali ev-eşiyindən qaçqın düşərək dənizlərdə boğula-boğula Avropaya üz tutur...

Nədənsə dünya erməni terrorizmi onların törətdikləri Xocalı soyqırımı barədə qətiyyətli mövqe nümayiş etdirmir!

Doğrudur, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər nəticəsində dünyanın 10-dan artıq ölkəsi ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb! Amma Xocalı soyqırımını törədərək bugünkü Ermənistana rəhbərlik edən cinayətkarlar hələ beynəlxalq tribunal qarşısına çıxarılmayıblar!

Biz israrla Xocalıya ədalət istəyirik!

Biz israrla əli dinc əhalinin qanına bulaşmış cəlladların cəzalandırılmasını istəyirik!

Biz erməni terroruna işğalına dərhal son qoyulmasını istəyirik!

Əgər bunu vaxtında etməsəniz, yeni soyqırımları törədilməsinə rəvac vermiş olacaqsınız!

Əgər bunu vaxtında etməsəniz, yeni soyqırımı abidələri ucaltmalı olacaqsınız!

Əgər bunu vaxtında etməsəniz, yeni terrorçu qrupların terrorçu dövlətlərin yaranmasına şərait yaratmış olacaqsınız!

Əgər bunu vaxtında etməsəniz, İŞİD terrorundan qaçan yeni miqrantlar ordusu sizin ölkənizə axışaraq yerinizi dar, gününüzü qara edəcək!

günlərin birində sizin yetişdirdiyiniz qoltuğunuzun altında yaşatdığınız terrorçular nüvə silahını ələ keçirərək dünyanın varlığına son qoyacaqlar!

O ZAMAN HAMI:

* dünyanın ən firavan dövlətləri onların bəxtəvər sakinləri ;

* planetin hər yerində yaşayan evsiz-eşiksiz, ac-yalavac binəvalar da;

* bütün siyasi oyunlardan kənarda qalan dövlətlər ;

* qeyri-insani şəraitdə ümidsiz yaşamaqdan bezmiş qaçqın miqrantlar da;

* milyonçuların milyarderlərin topladıqları növbənöv sərvətlər ;

* indiyədək bəşəriyyətin nail olduğu bütün maddi mənəvi nemətlər

MƏHV OLUB GEDƏCƏKDİR!

qədər ki gec deyil:

* Qulağınızı açın, eşidin!

* Gözünüzü silin, baxın!

* İkili standartları kənara qoyun, ədalətli mərhəmətli olun!

* Özünüzə dünya təşkilatlarının qəbul etdikləri qərar qətnamələrə, beynəlxalq hüquqa konvensiyalara hörmətlə yanaşın!

* Dünyanı özünüzünkünə özgələrinkinə bölməyin!

* Dünya dağılanda heç kim salamat qalmayacaq!

* Dünyanın ədalətsizliyin ikili standartların əlləri ilə məhv edilməsinə yol verməyin!

Hələ ki vaxt var!

Hələ ki fəlakəti cilovlamaq mümkündür!

Sonra gec olacaq!

soyqırımlarından, terror əməllərindən ölənləri, müharibədə qırılanları diriltmək mümkün olur!

Amma yeni faciələrin qurbanların qarşısını almaq olar!

Ayıl, faciələrə soyqırımlarına, insan fəlakətlərinə qırğınlarına biganə Dünya!

Eşit bizi, kar Dünya!

Yoxsa sən özün məhv ola bilərsən!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2017.- 28 fevral.- S.1.