Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Namibiya Respublikası Maliyyə Nazirliyinin GömrükAksiz Direktorluğu arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Namibiya Respublikası Maliyyə Nazirliyinin GömrükAksiz Direktorluğu arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında 2017-ci il yanvarın 30-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2.Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3.Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Namibiya Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2017-ci il

 

Azərbaycan.- 2017.- 28 fevral.- S.3.