"Qatar Petroleum" Azərbaycanla birgə layihələrdə iştirakda maraqlıdır

 

Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da DohadaQatar Petroleumun prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edildi, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulandı. “Qatar Petroleumun gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2017.-28 fevral.- S.1.