Prezident İlham
Əliyev Rəcəb
Tayyib Ərdoğanı
təbrik edib
Fevralın 26-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı
Prezident Rəcəb Tayyib Ərdoğanı ad
günü münasibətilə
təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı
naminə ali
dövləti fəaliyyətində
uğurlar və möhkəm cansağlığı
arzulayıb.
Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.
Prezident
İlham Əliyev və Prezident
Rəcəb Tayyib Ərdoğan ölkələrimiz
arasında dostluq və qardaşlıq
münasibətlərinin bundan sonra da inkişaf
edəcəyinə əminlik ifadə ediblər.
Azərbaycan.- 2017.- 28 fevral.- S.1.