Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 469-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 610; 2009, ¹ 10, maddə 779; 2016, ¹ 4, maddə 661, ¹ 6, maddə 1064, ¹ 11, maddə 1840) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddə “26.3-cü və 48.2-ci maddələrində” sözləri “26.3-cü maddələrində, 27.3-cü maddəsinin birinci cümləsində və 48.2-ci maddəsində” sözləri ilə əvəz edilsin.

2. 2.2-ci bənddə “27.3-cü” sözləri “27.3-cü maddəsinin üçüncüdördüncü cümlələrində” sözləri ilə əvəz edilsin.

3. 2.2-ci, 2.2-1-ci, 2.2-2-ci, 2.3-cü və 2.4-cü bəndlərdə “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-1 iyul.- S.1.