Leyla Əliyeva valideyn himayəsindən
məhrum uşaqlarla birgə əyləncə
proqramında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib.
AZƏRTAC xəbər verir ki, uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər.
“CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər.
Azərbaycan.-
2017.- 1 iyul.- S.2.