Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən  aşağıdakı hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Qədim Xalid oğlu Babayev,

Ülvi Arif oğlu Mayılov,

Namiq Eyyub oğlu Məmmədov,

Sahibxan Arzuman oğlu Mirzəyev.

2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən  aşağıdakı hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Mirzəli Əbdüləli oğlu Abbasov,

Həsən Hüseyn oğlu Əhmədov,

Əflatun İbrahim oğlu Qasımov,

Faiq Adil oğlu Qasımov,

Məmməd Allahverdi oğlu Məmmədov,

Vaqif Ənvər oğlu Mursaqulov,

Afaq Bayram qızı Nuriyeva.

3. Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Xəyalə Adil qızı Cəmilova vəzifəsi dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

4. Şirvan Apelyasiya Məhkəməsinin hakimi Rafael Əmir oğlu Eyvazov vəzifəsi dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

5. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Vüsalə Ələkbər qızı Baxışova,

Elşən Cələddin oğlu Kazımov,

Xumar Afət qızı Mərdanova,

Xəyal Əjdər oğlu Sarıyev,

Elşad Yaquboviç Şamayev.

6. Aşağıdakı hakimlər vəzifələrini dəyişdirilməsi ilə əlaqədar Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsinlər:

Toğrul Məhəmməd oğlu Əliyev,

Vüqar Kamal oğlu Məmmədov.

7. Bu qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-6-cı bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.- 1 iyul.- S.3.