Gəncə Apelyasiya Məhkəməsi
hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası
Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 10-cu bəndinə,
132-ci maddəsinin II hissəsinə,
“Məhkəmələr və
hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun
94-cü maddəsinin ikinci
hissəsinə və
97-ci maddəsinin ikinci
hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən,
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Tapdıq Şükür oğlu Mahmudov,
Çingiz Böyükxan oğlu Məmmədov.
2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Şəfiqə Musa qızı Əliyeva,
Əlizamin Gülzalı oğlu Abdullayev.
3. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Nuru Nadir oğlu Quliyev,
Ədil İsa oğlu Məmmədov.
4. Bu qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-3-cü bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri
Bakı şəhəri, 30 iyun
2017-ci il
Azərbaycan.- 2017.- 1 iyul.- S.3.