Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən  aşağıdakı hakimlər Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Səadət İnayət qızı Bəktaşi,

Elman Gülbaba oğlu Rəhimov.

2.2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən Lətifə Məhyəddin qızı Məmmədova Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

3.Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Zaur İkram oğlu Məmmədov,

Elman Məmməd oğlu Əhmədov.

4. Bu qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-3-cü bəndləri  2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.- 1 iyul.- S.3.