Şəki Apelyasiya Məhkəməsi
hakimlərinin təyin və azad edilməsi
haqqında
Azərbaycan Respublikası
Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 10-cu bəndinə,
132-ci maddəsinin II hissəsinə,
“Məhkəmələr və
hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun
94-cü maddəsinin ikinci
hissəsinə və
97-ci maddəsinin ikinci
hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. 2017-ci il iyulun 16-da səlahiyyət
müddəti bitən İnşallah
Fərrux oğlu Quliyev Şəki Apelyasiya Məhkəməsinin
hakimi təyin edilsin.
2. 2017-ci il iyulun 28-də səlahiyyət
müddəti bitən aşağıdakı
hakimlər Şəki
Apelyasiya Məhkəməsinin
hakimləri təyin edilsinlər:
Mübariz Dosməmməd
oğlu Əkbərov,
Mirbahəddin Mirdamət oğlu Hüseynov.
3. Vidadi Kamal oğlu Qasımov vəzifəsinin
dəyişdirilməsi ilə
əlaqədar Şəki
Apelyasiya Məhkəməsinin
hakimi vəzifəsindən
azad edilsin.
4. Bu qərarın
1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-3-cü bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə
minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 30 iyun
2017-ci il
Azərbaycan.- 2017.- 1 iyul.-
S.3.