Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin
təyin və azad edilməsi haqqında
Azərbaycan Respublikası
Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 10-cu bəndinə,
132-ci maddəsinin II hissəsinə,
“Məhkəmələr və
hakimlər haqqında”
Azərbaycan Respublikası Qanununun
94-cü maddəsinin ikinci
hissəsinə və
97-ci maddəsinin ikinci
hissəsinə uyğun
olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. 2017-ci il iyulun 16-da səlahiyyət
müddəti bitən aşağıdakı
hakimlər Şirvan Apelyasiya Məhkəməsinin
hakimləri təyin edilsinlər:
Rəşadət Əhməd
oğlu Ağayev,
İlham Qoşunəli oğlu Əsədov.
2. 2017-ci il iyulun 28-də səlahiyyət
müddəti bitən aşağıdakı
hakimlər Şirvan Apelyasiya Məhkəməsinin
hakimləri təyin edilsinlər:
Kamil Sücəddin oğlu Bəşirov,
Kamran Hüseyn
oğlu Əkbərov,
Zeynal Ağabala oğlu Zeynalov.
3. Rafiq
Musa oğlu Cəfərov
vəzifəsi dəyişdirilərək
Şirvan Apelyasiya Məhkəməsinin hakimi
təyin edilsin.
4. Vüsal
Adil oğlu Cəbrayılov vəzifəsinin
dəyişdirilməsi ilə
əlaqədar Şirvan
Apelyasiya Məhkəməsinin
hakimi vəzifəsindən
azad edilsin.
5. Bu qərarın
1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-4-cü bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə
minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 30 iyun
2017-ci il
Azərbaycan.- 2017.- 1 iyul.-
S.3.