Hari Saltzman: “Azərbaycan
nadir dini tolerantlıq
modelinə malik ölkədir”
İyunun 30-da Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri
Mübariz Qurbanlı ölkəmizdə yaşayan
yəhudilərin vəziyyəti
ilə tanış olmaq, İsrail-Azərbaycan
əlaqələrinin daha
da möhkəmlənməsinə
çalışmaq məqsədilə
Azərbaycanda səfərdə
olan “Bney Bris” yəhudi təşkilatının prezidenti
Hari Saltzmanın başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
DQİDK-dan
AZƏRTAC-a bildiriblər ki,
görüşdə komitə
sədrinin birinci müavini Səyyad Salahlı, “Bney Bris” təşkilatının
icraçı direktoru
Daniel Mariaşin, BMT və
Əlaqələndirmə Məsələləri
üzrə direktoru Devid Maykls, eləcə
də Direktorlar Şurasının üzvləri,
Avropa Yəhudiləri
Bakı dini icmasının baş ravvini Şneor Siqal iştirak ediblər.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra ölkəmizdəki dinlər
və etnik qruplar arasındakı münasibətlər ümummilli
lider Heydər Əliyevin dövlətçilik
konsepsiyasına uyğun
olaraq daha da möhkəmlənib, bu sahə dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilib. Ümummilli lider Heydər
Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə
dini etiqad azadlığının və
multimədəni harmoniyanın
təminatçısı və
himayədarıdır. Azərbaycan hökumətinin din siyasəti
demokratik dövlət
quruculuğuna, dövlət-din
münasibətlərinin milli-mənəvi
və hüquqi müstəvidə tənzimlənməsi
prinsipinə əsaslanır.
Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunmasına,
tarixi-mədəni abidələrimizin
bərpasına böyük
önəm verən Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların,
xristian və yəhudi abidələrinin
təmir və bərpasına xüsusi diqqət göstərir.
Azərbaycanın İsraildən sonra yəhudilərin ən sıx məskunlaşdığı
ölkə olduğunu
vurğulayan komitə
sədri ölkəmizdə
7 sinaqoqun, yəhudi məktəblərinin fəaliyyət
göstərdiyini bildirib. O qeyd edib ki, dövlət
tərəfindən dini
konfessiyaların fəaliyyətinin
dəstəklənməsi məqsədilə
mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayrılır. Maliyyə vəsaitinin ayrılması ilə bağlı növbəti
Sərəncam bu yaxınlarda imzalanıb ki, həmin Sərəncamla Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat maliyyə vəsaitinin ayrılması nəzərdə
tutulub.
“Bney Bris” beynəlxalq təşkilatının fəaliyyəti
barədə məlumat
verən Hari Saltzman bildirib ki, bir
əsrdən çox
tarixə malik təşkilatın əsas
vəzifəsi dini müxtəlifliyi təbliğ
etmək, ayrı-ayrı
dinlərin nümayəndələrinin
tolerantlıq mühitində
yaşaması üçün
işlər görməkdir.
Qonaq nadir dini tolerantlıq modelinə malik olan ölkə kimi Azərbaycanda yəhudilərin ibadəti
və dini adət-ənənələrini qoruması üçün
şərait yaradılmasından,
yəhudilərə hörmət
və qayğı göstərilməsindən məmnun
olduğunu bildirib.
Görüşdə ikitərəfli əməkdaşlıq,
Azərbaycan və yəhudi xalqlarının
qardaşlığını gücləndirə biləcək
ortaq layihələr haqqında müzakirələr
aparılıb.
Azərbaycan.-
2017.-1 iyul.- S.7.