“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və
“ASAN Viza” sisteminin
yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1019; 2017, ¹2, maddə 172) 6-cı hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 iyun
2017-ci il
Azərbaycan.-
2017.-2 iyul.- S.2.