Fransada “Azərbaycan parkı”nın və Xurşidbanu Natəvanın abidəsinin açılışı olub

 

 

İsmayıllı Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq əməkdaşlıq xartiyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Evian şəhərində, Leman gölü sahilindəAzərbaycan parkı”nın rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan parkı”nın parkdaDostluqbulağının açılışından sonra görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi olub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti, Evian-le-Bən şəhərinin meri Mark Fransina, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov, ölkəmizin Fransadakı səfirliyinin iqtisadi regionlarla əməkdaşlıq məsələləri üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev, yerli ictimaiyyətin mətbuatın nümayəndələri, eləcə Fransada İsveçrədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Evian-le-Bənin meri Mark Fransina bu günün İsmayıllı şəhərinə həsr olunduğunu bildirib. İsmayıllının şərəfinə salınmışAzərbaycan parkı”nın, eləcə Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın parkın mərkəzində ucaldılmış heykəlinin açılışından şərəf duyduqlarını vurğulayıb. Qeyd edib ki, Xurşidbanu Natəvanın heykəlinin Evyan-le-Bəndə ucaldılması iki şəhər arasında mədəni əlaqələrin, qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edəcək. Qeyd edilib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov parkın açılması münasibətilə şəhər sakinlərini təbrik edib. Bildirib ki, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsinin Evyan-le-Bən şəhərində ucaldılması qürurverici haldır. O, İsmayıllıdaEvyan-le-Bənparkının açıldığını rayon muzeyində dost şəhərlə bağlı guşənin fəaliyyət göstərdiyini qeyd edib. Belə layihələrə göstərdikləri diqqət qayğıya görə Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev təmsil etdiyi qurumun iki ölkə arasındakı əlaqələrə böyük önəm verdiyini, çoxsaylı layihələr həyata keçirdiyini, tədbirlər təşkil etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun mədəniyyətimizin təbliği üçün gördüyü işlərdən danışıb. Qeyd edib ki, Fondun dəstəyi ilə Parisdə mütəmadi olaraqAzərbaycan şəhərciyitəşkil olunur, Kan şəhərində ölkəmizin tarixi mədəniyyətinə həsr olunan, artıq ənənəyə çevrilmiş sərgi keçirilir, tariximiz, mədəniyyətimiz, eləcə milli mətbəximizlə bağlı kitablar fransız dilinə tərcümə edilir. İki xalqın qarşılıqlı şəkildə bir-birinin mədəniyyətini daha yaxından tanıması üçün müntəzəm olaraq Fransanın müxtəlif şəhərlərində mədəniyyət tədbirləri keçirilir.

O, “Azərbaycan parkı”nın, “Dostluq bulağı”nın, eləcə Xurşidbanu Natəvanın abidəsinin açılışında Fondun böyük əmək dəstəyindən söz açıb. Tədbir iştirakçılarına şairənin böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşündən danışıb. Bildirib ki, Azərbaycanın görkəmli şairəsinın abidəsinin Evian kimi turizm şəhərində ucaldılması bura gələn turistlərə ölkəmizi tanımağa imkan verəcək. Qeyd edib ki, “Azərbaycan parkı”nın Natəvanın abidəsinin açılışı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin zənginləşməsinə böyük töhfədir.

Azərbaycanın Fransadkı səfirliyinin iqtisadi regional məsələlər üzrə müşaviri, müvəqqəti işlər vəkili Elmar Məmmədov ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən danışıb. Bildirib ki, artıq iki ölkənin 15 şəhəri arasında dostluq əməkdaşlıq xartiyası imzalanıb. Evian-le-Bən ilə dostluq əməkdaşlıq xartiyası 2015-ci ildə imzalanıb həmin il İsmayıllıda Evian parkının təməli qoyulub. O, 2016-cı ilin AzərbaycandaMultikulturalizm ilielan edildiyini bildirib, ölkəmizin mədəniyyətlərarası dinlərarası dialoqa töhfələrindən bu sahədə beynəlxalq səviyyəli platformaya çevrilməsindən söz açıb.

Tədbir iştirakçılarına görkəmli şairə Xurşidbanu Natəvanın anadan olduğu Şuşa şəhəri, Qarabağ bölgəsi haqqında ətraflı məlumat verən E.Məmmədov qeyd edib ki, iki şəhər arasında dostluğun rəmzi olanAzərbaycan parkıqarşılıqlı əməkdaşlığın, eləcə bütün dünyada multikulturalizm mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verəcək. O, iki ölkə arasındakı mədəniyyət əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Tədbir iştirakçıları Xurşidbanu Natəvanın heykəlinin müəllifləri Salhab Məmmədov Əli İbadullayevə yaratdıqları bu ecazkar əsərə görə təşəkkür ediblər.

Sonda xanəndə Günay İmamverdiyeva Əməkdar Artist Toğrul Əsədullayevin (kamançada) Rövşən Qurbanovun (tarda) müşayiəti iləŞuşanın dağlarıxalq mahnısını Azərbaycanmahnısını ifa edib.

Evian-le-Bənin meri Mark Fransina AZƏRTAC-a müsahibəsində bildirib ki, İsmayıllı şəhəri ilə dostluq əməkdaşlıq xartiyasının imzalanması ideyasını dərhal dəstəkləyib əməkdaşlığın, əlaqələrin genişləndirilməsi üçün əlindən gələni əsirgəməyib.

Düşünürəm ki, bundan sonra da əməkdaşlığımızı daha da genişləndirəcək inkişaf etdirəcəyik. İsmayıllı şəhərinin icra başçısı ilə apardığımız fikir mübadiləsində əlaqələrimizin perspektivlərindən söz açdıq gələcəkdə təhsil sahəsində birgə layihələr həyata keçirməyi qərara aldıq. Turizm sahəsində əlaqələri genişləndirmək istəyirik”, -deyə Mark Fransina bildirib.

Evian şəhəri merinin mədəniyyət işləri üzrə müavini Alən Giro xalqlar arasındakı münasibətlərdə mədəniyyətin böyük rolu olduğunu bildirib.

Mədəniyyət xalqlar arasında mübadilə deməkdir. Mübadilə isə çox vacibdir. Onun sayəsində insanlar bir-birini yaxşı tanıyır. Bu da onlara tarixlərini yaxşı tanımağa imkan yaradır. Dostluq da insanlar arasında mübadilədir. Bugünkü mürəkkəb dünyada bizi dostluq xilas edəcək. Əminəm ki, gələcəkdə daha böyük layihələri birgə həyata keçirəcəyik. Yaşasın Azərbaycan-Fransa dostluğu!”,- deyə A.Giro vurğulayıb.

 

 

Azərbaycan.- 2017.- 4 iyul.- S.5.