Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Zati-aliləri cənab
Donald Trampa
Hörmətli cənab
Prezident,
Amerika Birləşmiş
Ştatlarının milli
bayramı – Müstəqillik
Günü münasibətilə
Sizə və Sizin simanızda
bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan Respublikası
ilə Amerika Birləşmiş Ştatları
arasındakı münasibətlər
diplomatik əlaqələrimizin
qurulmasından sonra ötən 25 il
ərzində dostluq və əməkdaşlıq
zəminində dinamik
və hərtərəfli
inkişaf edərək
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir.
Enerji təhlükəsizliyinin
təmin olunması sahəsində Azərbaycanın
həyata keçirdiyi
irimiqyaslı transmilli
layihələrə ABŞ-ın mühüm və davamlı dəstəyi, beynəlxalq
terrorizmə qarşı
mübarizədə, Əfqanıstanda
sülhyaratma missiyasında
ölkələrimizin yaxından
və səmərəli
əməkdaşlığı tərəfdaşlığımızı səciyyələndirən başlıca
amillərdəndir.
Biz, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində
işğal olunmuş
torpaqlarımızın azad
edilməsi, qaçqın
və məcburi köçkün vəziyyətinə
düşmüş bir
milyondan çox soydaşımızın doğma
yurd-yuvalarına qayıtması
üçün Dağlıq
Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində, sülh yolu ilə və ədalətli həllində
ATƏT-in Minsk qrupunun həmsədri
kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə
böyük ümidlər
bəsləyirik.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 30 iyun 2017-ci il
Azərbaycan.-
2017.-4 iyul.- S.1.