İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 114; 2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹ 12, maddə 973; 2007,  ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə 1053; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 952; 2010, ¹ 2, maddə 75, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 482, ¹ 7, maddə 618; 2012, ¹ 11, maddə 1052; 2013, ¹ 6, maddə 613, ¹ 7, maddə 787, ¹ 12, maddə 1494; 2015, ¹ 12, maddə 1434; 2016, ¹ 12, maddə 2050; 2017, ¹ 2 maddə 157) aşağıdakı məzmunda 20.1.4-1-ci maddə əlavə edilsin:

“20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2017-ci il

 

Azərbaycan.- 2017.-4 iyul.- S.2.