Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə QazaxıstanRespublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında 2017-ci il aprelin 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-5 iyul.- S.2.