İranın Milli Kitabxanasında görüş
İranda keçirilən
Azərbaycan mədəniyyət
günləri çərçivəsində
Tehranda səfərdə
olan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev iyulun 4-də İranın vitse-prezidenti
,Milli Kitabxana və Arxiv İdarəsinin
baş direktoru xanım Əşrəf Burucerdi ilə görüşüb.
Nazir bildirib ki, mədəniyyəti
kitabsiz təsəvvür
etmək mümkün
deyil. Kitablar hər bir xalqın tarixini, milli dəyərlərini və adət- ənənələrini gələcəyə
daşıyan vasitədir.
Bu gün Azərbaycanda
3 mindən çox kitabxana var. Bu kitabxanalardan
elm adamları ilə yanaşı, tələbələr
və digər peşə sahibləri də istifadə edir. Azərbaycanda kitabxanalardan istifadəyə
heç bir məhdudiyyət yoxdur.
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi ilə yanaşı, Milli Elmlər Akademiyasının,
nazirliklərin, ali və orta məktəblərin də kitabxanaları var. Azərbaycan hökuməti
kitabxanaların inkişafı
üçün Dövlət
proqramını həyata
keçirir. Bu proqrama əsasən kitabxanalarda yeni texnologiyaların tətbiqi
prosesi başlayıb.
Kitabların elektron variantı
hazırlanaraq istifadəyə
verilir.
Nazir qeyd edib ki, cari
il Azərbaycanda
Prezident tərəfindən
“İslam Həmrəyliyi
İli” elan edilib. Bununla əlaqədar olaraq
bir sıra kitablar çapa hazırlanır. Azərbaycan dövləti
bu nəşrlər vasitəsilə bir daha islamın dünyada sülhpərvər
din olmasını təbliğ
edir.
Qeyd olunub ki, aparılan
elmi araşdırmaların
nəticəsində yazılan
dissertasiyaların və
doktorluq işlərinin
nüsxələri Milli
Kitabxanaya verilir.
Sonra Ə. Qarayev İranda keçirilən Azərbaycan
mədəniyyət günləri
ilə əlaqədar
Tehran və İsfahan
şəhərlərindəki proqramlar haqqında məlumat verib.
İranın Milli Kitabxanasının rəhbəri xanim Əşrəf Burucerdi Azərbaycandan gələn
hər bir qonağın əziz olduğunu bildirib.
Qeyd olunub ki, İranın
Milli Kitabxanasında çox qədim və dəyərli əlyazmalar saxlanılır. Bunların birgə
tədqiq edilməsi xalqların tarixinin daha dərindən öyrənilməsinə köməklik
göstərər.
Görüşdə hər iki ölkənin
milli kitabxanalarının
əməkdaşlıq perspektivləri,
birgə kitab sərgilərinin keçirilməsi
məsələləri müzakirə
olunub.
Sonra nazir kitabxana ilə tanış olaraq qədim əlyazmalara baxıb.
Görüşdə Azərbaycanın İrandakı
səfiri Bünyad Hüseynov da iştirak edib.
AZƏRTAC
Azərbaycan.-
2017.- 5 iyul.- S.2.