II Beynəlxalq Tələbə Konfransında Beynəlxalq
Gömrük Universitetləri Şəbəkəsi
Katibliyinin rəhbəri Ermənistanın
Azərbaycana qarşı təxribatından danışıb
Qusarda iyulun 3-də başlayan “Gömrük idarəçiliyində
aktual məsələlər
və çağırışlar”
mövzusunda II Beynəlxalq
Tələbə Konfransı
bu gün başa çatıb.
Dövlət Gömrük Komitəsinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
konfransın sonuncu günündə üç
sessiya keçirilib.
Əvvəlcə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı
və Dövlət Qulluğu Akademiyasının
Şimal-Qərb İdarəçilik
İnstitutunun professoru
Sergey Çijikovun moderatorluğu
ilə keçirilən
sessiya “Gömrük qanunvericiliyinin modernləşdirilməsində
beynəlxalq təcrübə”yə
həsr edilib.
Sessiyada Polşa,
Rusiya, Ukrayna, Avstriya və Belarus təhsil müəssisələrinin
təmsilçiləri “Malların
beynəlxalq ticarəti
ilə əlaqədar
şirkətlərdə gömrük
qanunvericiliyinə riayət
olunmasının idarə
edilməsi”, “Gömrük
sərhədindən malların
qaçaqmalçılıq yolu ilə keçirilməsinin
qarşısının alınmasında
qabaqcıl üsul kimi gömrük nəzarətinin təşkili”,
“Avropaya inteqrasiya prosesi kontekstində Ukrayna gömrük sistemində islahatlar”, “Kontrafakt malların ticarəti ilə bağlı gömrük nəzarəti və iqtisadi və hüquqi nəticələr”,
“Avrasiya İqtisadi Birliyi sistemində gömrük hüququnun genezisi”, “Beynəlxalq xidmət biznesi üzrə real vəziyyətə
ətraflı baxış”,
“Avropa İttifaqına
poçt göndərişlərinin
gömrük qiymətləndirməsi
üzrə mövcud problemlər” və “Zamanın tələblərinə
müvafiq olaraq Belarus Respublikası gömrük
xidmətinin təkmilləşdirilməsi”
adlı məruzələr
söyləyib, dinləyicilərə
faydalı biliklər çatdırıblar.
Sonra Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin Fəaliyyətin
Qiymətləndirilməsi və
İnkişaf Proqramları
Baş İdarəsinin
rəisi, professor İqbal
Babayevin moderatorluğu
ilə “Rəqəmsal
gömrük/elektron gömrük, elektron ticarət və gömrük məlumatlarının
təhlili” adlı beşinci sessiya keçirilib.
Sessiyada ABŞ, Türkiyə,
Makedoniya, İran, Azərbaycan, Ukrayna və Rusiya təhsil ocaqları və gömrük xidmətlərinin nümayəndələrinin
“Hər şey üçün şəbəkə:
gömrük idarəçiliyində
gələcək çağırışlar”,
“Tranzit sistemlərinin
rəqəmsallaşdırılmasında
Türkiyənin təcrübələri
və tətbiq etdiyi layihələr”, “Makedoniya Respublikasında elektron ticarət”, “Gömrük işi sahəsində proseslərin
asanlaşdırılmasında elektron gömrüyün rolu”, “Azərbaycanda kağızsız ticarət:
son nailiyyətlər”, “Elektron
kommersiyanın gömrük
tənzimlənməsi: beynəlxalq
təcrübə və
onun Ukraynada tətbiqinin perspektivləri”,
“Avrasiya İqtisadi Birliyinin fəaliyyəti çərçivəsində ilkin məlumat mübadiləsi sistemlərinin
tətbiqi təcrübəsi”,
“Makedoniya Respublikasında
elektron gömrük”,
“Gömrük tranzit proseduru ilə bağlı informasiya texnologiyaları” və “Elektron kommersiya və əqli mülkiyyət hüququnun
pozulması” mövzusunda
çıxışları dinlənilib.
Sonuncu sessiya isə Belarus Respublikasının
Gömrük Orqanları
Kadrlarının İxtisasının
Artırılması və
Yenidən Hazırlanması
üzrə Dövlət
İnstitutunun rəhbəri,
doktor Valentina Ananyevanın moderatorluğu
ilə “Biliyə əsaslanan gömrük təhsili (bacarıqlar, səriştələr və
sair)” mövzusuna həsr olunub.
Bu sessiyada isə Beynəlxalq Gömrük Universitetləri
Şəbəkəsinin (INCU), eləcə də Belarus və Macarıstan təhsil müəssisələrinin
əməkdaşlarının “Beynəlxalq gömrük təhsili, tədqiqatlar və potensialın gücləndirilməsi sahələrində
Beynəlxalq Gömrük
Universitetləri Şəbəkəsinin
rolu”, “Gömrük işi sahəsində kadrların hazırlanması
üzrə innovativ yanaşmalar”, “Boloniya sazişi və onun Macarıstanın
gömrük əməkdaşlarının
təhsilində tətbiq
edilməsi” və “Gömrük əməkdaşlarının
peşəkar hazırlığının
psixoloji təminatı”
adlı məruzələri
dinlənilib.
Bununla da konfrans öz işini başa vurub.
Konfransın yekununda
Beynəlxalq Gömrük
Universitetləri Şəbəkəsi
(INCU) Katibliyinin rəhbəri,
doktor Mixail Kaşubski öncə iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana
qarşı təxribatı
barədə məlumatı
konfrans iştirakçılarının
diqqətinə çatdırıb:
“Dünən Ermənistan
hərbi qüvvələrinin
bombardmanı nəticəsində
iki azərbaycanlı mülki şəxs həyatını itirib ki, onlardan biri
2 yaşlı qız uşağıdır. Mən Beynəlxalq
Gömrük Universitetləri
Şəbəkəsinin rəhbərliyi
adından Azərbaycan
xalqına başsağlığı
verirəm. Həqiqətən də bu, acı
və xoşagəlməz
bir xəbərdir”.
Daha sonra “Gömrük idarəçiliyində
aktual məsələlər
və çağırışlar”
mövzusunda II Beynəlxalq
Tələbə Konfransının
təşkilinə və
yüksək səviyyədə
keçirilməsinə görə
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin rəhbərliyinə
minnətdarlıqlarını ifadə edən INCU Katibliyinin rəhbəri Mixail Kaşubski xüsusilə gömrük
sahəsində təhsil
alan gənc nəslin fikirlərinin, onların bu sahəyə baxışlarının
və yanaşmalarının
öyrənilməsinin gömrük
işinin gələcəkdə
daha səmərəli
şəkildə qurulmasına
böyük kömək
göstərəcəyinə əminliyini ifadə edib.
Eyni zamanda, konfransda iki Nobel mükafatı laureatının gömrük
və beynəlxalq ticarət kontekstindən iqtisadiyyatla bağlı fikirlərinin əhəmiyyətinə
toxunan INCU Katibliyinin rəhbəri bunun vacib olduğunu vurğulayıb. Konfransın aktuallığının da artdığını söyləyən Mixail Kaşubski burada elmi fikirlərin və qabaqcıl təcrübənin paylaşılmasının
hər bir tədbir iştirakçısının,
xüsusilə də gənc nəslin gələcək fəaliyyətinə
mühüm fayda verəcəyini deyib.
Öz növbəsində, Azərbaycan
Respublikası Dövlət
Gömrük Komitəsinin
sədri, gömrük
xidməti general-polkovniki,
professor Aydın Əliyev
tədbirin məhsuldar
keçdiyini və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında
konfransın önəmli
rol oynayacağına ümidvar olduğunu bildirib.
Konfransda iştirak edən ölkələrin və beynəlxalq təşkilatların
nümayəndələrinə təşəkkürünü çatdıran komitə sədri iclasda müzakirə olunan mövzuların, xüsusilə
Nobel mükafatçılarının fikirlərinin hər kəs üçün önəmini vurğulayıb.
Bu tədbirin
ideya irəli sürmək və ideyaları bölüşmək
üçün geniş
imkanlar yaratdığını
diqqətə çatdıran
Aydın Əliyev II Beynəlxalq Tələbə
Konfransını gələcəkdə
gömrük əməkdaşlığının
daha da gücləndirilməsində
və potensialın artırılmasında irəliyə
doğru atılan növbəti mühüm
addımlardan biri kimi qiymətləndirib.
Azərbaycan.- 2017.-6 iyul.- S.4.