Solan çiçəklərin nədir günahı, O bircə
qarışlıq məzarı üstdə...
Zəhra haqda
xatirə
Niyə öldürdülər, de, səni
axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı -
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin, yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini
kim sildi
sənin -
O hansı cəlladdı, o hansı zalım?!
Heç mavi dənizdə çimmişdinmi
sən,
Durub baxmışdınmı uçan
quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə
durub yaxından
Tutdular gülləyə,
qurşuna səni;
Sənsə köçüb
getdin şirin yuxuda...
İlahi, Sən
Özün bağışla
məni!
Sıxır ürəyimi,
sıxır bu ağrı -
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız
axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni
ki, deyildik tanış!
İndi bütün
ölkə yas tutub sənə…
Həyat yollarında
addım atmamış
Uçdun mələk
kimi uca göylərə!
Niyə öldürdülər, de, səni
axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin
nədir günahı
O bircə qarışlıq məzarın
üstdə...
Leyla Əliyeva
Azərbaycan.-
2017.-7 iyul.- S.4.