Naxçıvan Muxtar Respublikası
Ali Məclisində görüş
İyulun 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufsla görüşüb.
Naxcivantv.az xəbər verir ki, Ali Məclisin Sədri Azərbaycana səfir təyin olunması münasibətilə Bert Skufsu təbrik edib, ikitərəfli əlaqələrin inkişafında ona uğurlar arzulayıb. Ölkələrimiz arasındakı münasibətlərə uyğun olaraq Naxçıvan-Belçika əlaqələrinin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri iqtisadi-ticarət və əczaçılıq sahəsindəki əməkdaşlıqdan danışıb, təhsil sahəsində əlaqələrin yaradılmasının və iş adamları arasında görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Səfir Bert
Skufs səmimi qəbula görə minnətdarlıq
edib və Naxçıvana səfərinin
mühüm əhəmiyyətə malik olduğunu bildirib. Belçika Krallığı ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin
məmnunluq doğurduğunu qeyd edən qonaq hər iki tərəfin maraqları daxilində əməkdaşlığın
genişləndirilməsinin vacibliyini
vurğulayıb və bu istiqamətdə
səylərini əsirgəməyəcəyini bildirib
Azərbaycan.-
2017.-7 iyul.- S.2.