Azərbaycan Parisdə
moda nümayişində
təmsil olunub
Parisdə “Crillon” mehmanxanasında
20-ci “Oriental Fashion Show” moda nümayişi keçirilib. Ölkəmizi
Əməkdar İncəsənət
Xadimi, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin modelləşdirmə
kafedrasının dosenti,
“Fakhriya Khalafova” moda evinin təsisçisi,
rəssam-modelyer, ətriyyatçı
Fəxriyyə Xələfova
təmsil edib.
Tədbirin aparıcısı Azərbaycanlı
modelyeri təqdim edərək onun ölkəmizin zəngin mədəni irsindən ilhamlandığını bildirib. Qeyd edib
ki, Türkiyədə
Xüsusi Ali Bədii dizayn məktəbində təhsil almış modelyer karyerasına 1998-ci
ildən başlayıb.
F.Xələfovanın əsas prinsipi
milli geyimlərin müasir geyimlərə transformasiyası, klassik və müasir üslubun kombinasiyasıdır.
O, bir çox beynəlxalq mükafatlara layiq görülüb.
“Oriental Fashion Show”da ilk dəfə
2014-cü ildə iştirak
edən F.Xələfova
bu il
şouya yeni kolleksiya ilə gəlib.
Qeyd edək ki, məşhur azərbaycanlı modelyer F.Xələfova Rusiya, Qazaxıstan, Belarus, Ukrayna,
Latviya, Almaniya, Yaponiya, Türkiyə, Gürcüstan, Monako, Misir və Vyanada
moda nümayişlərində,
müsabiqələrdə, sərgilərdə maraqlı
kolleksiyalarla iştirak
edib.
AZƏRTAC
Azərbaycan.-
2017.- 8 iyul.- S.6.