Azərbaycan ilə Özbəkistan arasında din sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

 

İyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, komitə sədri Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrindən danışıb. Qeyd edilib ki, ölkələrimiz arasında münasibətlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulubbu gün dövlətimizin başçımız tərəfindən uğurla davam etdirilir.

Torpaqlarımızın 20 faizinin işğal altında olduğunu bildirən M.Qurbanlı iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndində törədilmiş qanlı hadisə nəticəsində dünya ictimaiyyətinin növbəti dəfə mülki sakinlərə qarşı erməni terrorunun şahidi olduğunu bildirib. Özbəkistanın bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəklədiyini, iki ölkə arasında əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu vurğulayıb.

Çoxkonfessiyalı və çoxmillətli dövlət olan Azərbaycanda dövlət-din münasibətləri, həmçinin dövlətin din sahəsindəki siyasəti, Dövlət Komitəsinin fəaliyyəti barədə geniş məlumat verən Mübariz Qurbanlı Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən söhbət açıb. Qeyd edib ki, Prezident İlham Əliyev tolerantlıq ənənələrini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirib. Sovet hakimiyyəti dövründə 17 məscid olan Azərbaycanda hazırda 2246 məscid var. Təsadüfi deyil ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Bakıda inşa edilib. 28-i qeyri-İslam olmaqla 757 dini icma və 10 İslam kolleci dövlət qeydiyyatına alınıb.

Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı varbu qayğı bütün konfessiyaları əhatə edir. Dövlətin qayğısı ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə qurulması, yenilərinin tikilməsi istiqamətində həyata keçirilir. Azərbaycanda dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən İslamqeyri-İslam təmayüllü dini qurumlara maliyyə vəsaiti ayrılır.

Ötən ilin ölkəmizdə “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İlielan olunmasının təsadüfi olmadığına diqqət çəkən Komitə sədri bununla bağlı ölkəmizdə və xaricdə çoxsaylı yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini deyib. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsini İslam dünyasını bir araya gətirən, birləşdirən humanitar, siyasi, iqtisadi əlaqələrə təkan verən hadisə kimi qiymətləndirib, İslamda həmrəyliyə böyük ehtiyac olduğunu qeyd edib.

Mübariz Qurbanlı bildirib ki, Dövlət Komitəsi tərəfindən qanun çərçivəsində, iqtisadiyyat sahəsi ilə əlaqəli və ideoloji-təbliğat yolu olmaqla 3 istiqamətdə radikal dini qruplara qarşı mübarizə müəyyən edilib. Bu sahədə Komitə hüquq-mühafizə orqanları və Qafqaz Müsəlmanları İdarəsi, eləcə də digər müvafiq orqanlarla birgə fəaliyyət göstərir. Qanun pozuntusuna yol verildiyi təqdirdə, onların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atılır. O bildirib ki, ideoloji-təbliğat yolu əsl İslami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.

Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov bildirib ki, iki qardaş ölkə arasında əlaqələrin dərin tarixi kökləri var. Azərbaycana ilk dəfə səfər etdiyini diqqətə çatdıran Artukbek Yusupov səfərin Özbəkistanla Azərbaycan arasında din sahəsində əlaqələrin daha da genişlənməsinə böyük təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qonaq deyib ki, bu gün müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanınır. Buna görə də 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İlielan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. O, eyni zamanda, bu ilin mayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təkcə idman yarışı kimi deyil, həmçinin bütün İslam dünyasının birlik, həmrəylik günləri kimi tarixə yazıldığını bildirib.

Dini sahədə gələcəkdə hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayan Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimov bildirib ki, Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Vurğulanıb ki, hazırda bəzi qüvvələr İslam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır. Şübhəsiz ki, İslam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, İslam dəyərlərinin yanlış dərk edilməsindən irəli gəlir. Çünki İslam dinini dərk etdikcə onun humanizm, tolerantlıq, xoş rəftar, mərhəmət daşıdığının, yüksək əxlaqi dəyərləri təbliğ etdiyinin şahidi oluruq.

Söhbət zamanı iki ölkənin din siyasətini həyata keçirən qurumları arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyi və birgə tədbirlərin keçirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev, sədr müavini Rəşad Əlyarlı, Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev və digər şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2017.- 11 iyul.- S. 5.