Motosikletlə səfərə çıxan rusiyalı turist hər kəsi Azərbaycana səyahətə dəvət edib

 

İyulun əvvəlindən motosikletlə səfərə çıxan rusiyalı turist 3 min kilometr məsafə qət etdikdən sonra Azərbaycana gəlib.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı Yeqor Yakobi Rusiya Federasiyasının Başqırdıstan Respublikasındandır. Sahibkarlıqla məşğul olan Y.Yakobi həm səyahət etmək həvəskarıdır.

Ölkəmizin şimalına səfər edən Y.Yakobi Qubada bir sıra tarixi yerlərdə, istirahət məkanlarında olub. Turist yerli sakinlərin ona münasibətindən, xüsusilə qonaqpərvərliyindən çox razı qaldığını bildirib.

Yeqor Yakobi deyib ki, səyahətinin əsas məqsədi fərqli mədəniyyətlərlə tanış olmaq, gəzdiyi yerlərdəki tarixi abidələri, eləcə müasir memarlıq nümunələrini görməkdir.

Motosikletlə bir neçə dəfə Rusiyanı gəzən Yeqor ilk dəfədir ki, belə uzaq səfərə çıxıb. 10-dan çox müxtəlif markalı motosikleti olan rusiyalı gənc sonuncunu məhz budəfəki səyahəti üçün alıb.

O, səyahət boyu çəkdiyi videoları özYoutubesəhifəsində yerləşdirir.

Azərbaycanla bağlı təəssüratlarını videobloqunda bölüşən rusiyalı səyyah hər kəsi mehriban insanları, gözəl təbiəti tarixi məkanları ilə zəngin ölkəmizə dəvət edib. O, ölkəmizin paytaxtını Dubayla müqayisə edərək, Bakının çox müasir şəhər olduğunu bildirib.

Rusiyalı turistin Azərbaycandan sonrakı ünvanı qonşu Gürcüstandır. Orada səyahətini başa vurduqdan sonra Türkiyəyə səfər edəcək.

 

Azərbaycan.- 2017.- 11 iyul.- S. 8.