Əli Əhmədov: “Azərbaycan ilə
Özbəkistan münasibətləri yüksələn xətlə
inkişaf edir”
İyulun 11-də Azərbaycan
Respublikası Baş nazirinin müavini Əli Əhmədov
ölkəmizdə səfərdə olan Özbəkistan
Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər
üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və
Özbəkistan Müsəlmanları İdarəsinin sədri,
müfti Usmonxon Alimov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədov Özbəkistanın və Azərbaycanın dost ölkələr olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz tammiqyaslı tərəfdaşlığa sadiqdirlər və çoxşaxəli əməkdaşlıq potensialını reallaşdırmaq üçün güclü səy göstərirlər. Hər iki ölkə bir-birinə səmimi qardaşlıq münasibətləri, tarixi, dili, mədəniyyəti və adət-ənənələrimizin yaxınlığı ilə sıx bağlıdır. Əli Əhmədov xalqlarımız arasında möhkəm qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin ölkələrimizin mənafeyi və rifahı naminə bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qonaqlar Özbəkistan-Azərbaycan münasibətlərinin həqiqətən əsrlərin dərinliyinə gedib çıxdığını vurğulayaraq, Azərbaycanın inamlı addımlarla irəliləyən və gələcəyini quran qüdrətli bir ölkəyə çevrildiyindən məmnun olduqlarını bildiriblər. Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri bu cür qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsində önəmli rol oynadığını vurğulayıb, eyni zamanda, hər iki ölkənin rəhbərləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin Özbəkistan-Azərbaycan münasibətlərinin gələcəyinə böyük ümidlər verdiyini vurğulayıb.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2017.-12 iyul.- S.4.