“Azərbaycan Ordusunun
100 illiyi (1918-2018)”Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12, I kitab, maddə 677; 2005, ¹ 4, maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹ 6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹ 7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə 174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə 664, ¹ 11, maddələr 1036, 1048, 1061; 2013, ¹ 5, maddələr 460, 478, ¹ 10, maddə 1143, ¹ 12, maddə 1477; 2014, ¹ 6, maddələr 612, 623; 2015, ¹ 12, maddə 1447; 2016, ¹ 12, maddələr 1979, 2040; 2017, ¹ 1, maddələr 16, 27) 2-ci maddəsinə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı;”.
Maddə 2.
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”
Azərbaycan Respublikasının
yubiley medalı haqqında Əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
Maddə 3.
“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”
Azərbaycan Respublikasının
yubiley medalının
təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 iyun
2017-ci il
Azərbaycan.- 2017.-12 iyul.-
S.2.