“Haqsız rəqabət haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, ¹ 23-24, maddə 366; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddələr 683, 686; 2004, ¹ 2, maddə 57; 2015, ¹ 4, maddə 370) 9-cu maddəsinin üçüncü abzasında “qanunsuz” sözü “haqsız, qeyri-dəqiq və gizli” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 may 2017-ci il
Azərbaycan.- 2017.-12 iyul.-
S.3.