“Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddə 167; 2001, ¹ 11, maddə 691; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 3, maddə 133; 2005, ¹ 8, maddə 684; 2008, ¹ 2, maddə 49, ¹ 5, maddə 342; 2010, ¹ 11, maddə 937; 2013, ¹ 5, maddə 482) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Reklam bu qanunda nəzərdə tutulan şərtlər hüdudunda müəlliflik hüququnun obyektidir.”.
2. 32-ci maddəyə aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Reklam yaradıcısı və reklam istehsalçısı bu qanunda nəzərdə tutulan şərtlər hüdudunda əlaqəli hüquqların subyektidirlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 may 2017-ci il
Azərbaycan.- 2017.-12 iyul.-
S.3.