T.H.Zeynəlabdinin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tarıg Hamza Zeynəlabdin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2017-ci il
Azərbaycan.-
2017.-13 iyul.- S.5.