Monteneqronun Prezidenti
Zati-aliləri cənab
Filip Vuyanoviçə
Hörmətli cənab
Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Monteneqro dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi
və inkişafı yolunda atılan addımlar bundan sonra da ölkələrimizin
və xalqlarımızın
mənafelərinə xidmət
edəcəkdir.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Monteneqro
xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 10 iyul 2017-ci il.
Azərbaycan.-
2017.-13 iyul.- S.5.