Azərbaycan Prezidenti İlham Əliyev dünyada ən xeyirxah siyasətçidir

 

Gürcüstan əhalisi arasında keçirilən rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada Ən xeyirxah lider seçilib.

AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, “Kviris palitra” qəzeti 500 nəfər arasında sorğu keçirib. Respondentlərə “Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir?” sualı təqdim olunub.

Sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah lider seçilib. Xeyirxah liderlər sırasında ABŞ Prezidenti Donald Tramp ikinci, Ukrayna Prezidenti Pyotr Poroşenko üçüncü yerdədirlər.

Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Emmanuel MakronTereza Meyin də adları ən xeyirxah liderlər siyahısında yer alıb.

 

Azərbaycan.- 2017.- 13 iyul.- S.1.