İdman Tennis Kompleksinin
əsaslı təmirdən sonra
açılışı olub
İyulun 12-də İdman Tennis Kompleksinin (İTK) əsaslı təmirdən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər.
Ərazisi 1,16 hektar olan İdman
Tennis Kompleksi 1986-cı ildə
inşa edilib. Fəaliyyət göstərdiyi müddətdə
kompleksdə əsaslı
təmir və yenidənqurma işləri
aparılmayıb. Cari ilin
birinci yarısından
başlayaraq kompleksin bina və qurğularında
əsaslı təmir,
yenidənqurma işlərinə
başlanılıb və
zəruri tikinti-quraşdırma
işləri aparılıb.
Kompleksin
əsas binası, tribunası, gözətçi-keçid
məntəqəsi əsaslı
təmir olunub, buradakı 6 tennis kortunun xüsusi tennis örtüyü
dəyişdirilib, işıqlandırma
sistemi yenidən qurulub və müvafiq ləvazimatlarla təmin edilib.
Bundan əlavə, kompleksin fəaliyyətinin tam təmin
edilməsi üçün
ərazidə əlavə
olaraq əsas binaya bitişik fitnes zalı, masaj otağı, qazanxana, nasosxana, su anbarı tikilib. Həmçinin yeni sahəvarı
qaz xətti çəkilib, elektrik xətti bərpa olunub, çirkab su və drenaj
şəbəkəsi təmin
olunub.
Kompleksin
standartlara tam cavab verdiyini diqqətə
çatdıran İTK-nın direktoru
Elşən Babayev deyib:
“Burada uşaq
qrupları və abunəçiləri qəbul edirik. Cari ilin
fevralından kompleksdə təmir-bərpa işlərinə start verilib. Təmir
işlərinə bir çox
mütəxəssis cəlb olunub. Tennisist örtüyü Rusiyadan gəlmiş mütəxəssislər
tərəfindən quraşdırılıb. Kompleksdə əlavə
fitnes-zalı hazırlanıb. Burada həmçinin
milli komandanın üzvlərinin
hazırlıq keçməsi üçün
şərait yaradılıb”.
Azərbaycan.-
2017.-13 iyul.- S.5.