E.T.Süleymanovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində səmərəli fəaliyyətinə və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Elmira Teymur qızı Süleymanova “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2017-ci il

 

Azərbaycan.- 2017.-15 iyul.- S.5.