“Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə 11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə 410, ¹ 6, maddə 976) aşağıdakı dəyişikliklər edilsin:
1. 13.1-ci maddənin ikinci abzasında “müştərinin, benefisiarın” sözləri “sığortalının, sığorta olunanın, faydalanan şəxsin və benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin.
2. 123.2-ci maddədə “müştərinin, benefisiarın” sözləri “sığortalının, sığorta olunanın, faydalanan şəxsin və benefisiar mülkiyyətçinin” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun
2017-ci il
Azərbaycan.-
2017.-15 iyul.- S.5.