Türkiyədə 15 iyul dövlət
çevrilişi cəhdi nəticəsində
həlak olanların xatirəsi Bakıda anılıb
Böyük
demokratiya qələbəsinin birinci ildönümü
Ötən il iyulun 15-də Türkiyə
Respublikasında baş
verən dövlət
çevrilişi cəhdinin
birinci ildönümü
ilə əlaqədar
iyulun 14-də Azərbaycan
Akademik Milli Dram Teatrında “15 iyul dastanı” mövzusunda anım mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, əvvəlcə Azərbaycanın
və Türkiyənin
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda şəhid
olanların xatirəsi
bir dəqiqəlik sükutla yad edilib, qardaş ölkələrimizin dövlət
himnləri səsləndirilib.
Mərasim 15 İyul – Demokratiya və Milli Birlik
Gününə həsr
olunan filmin nümayişi və müqəddəs “Qurani-Kərim”dən
ayələrin oxunması
ilə başlayıb.
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov dövlətimizin
başçısı İlham
Əliyevin 15 iyul dövlət çevrilişi
cəhdinin ildönümü
ilə əlaqədar
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğana müraciətini
tədbir iştirakçılarının
diqqətinə çatdırıb.
15 iyul dövlət çevrilişi
cəhdinin qardaş ölkənin tarixində çətin sınaq olduğunu vurğulayan Əli Həsənov həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə
və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini bildirib.
1994-cü ilin oktyabrında və 1995-ci ilin martında ölkəmizdə də xain qüvvələrin dövlətə və dövlətçiliyə qarşı
qiyam qaldırdıqlarını,
demokratik yolla seçilmiş hakimiyyəti
devirməyə cəhd
göstərdiklərini xatırladan
Prezidentin köməkçisi
deyib: “Həm həmin dövrdə Azərbaycanda yaşanan olaylar, həm də ötən il Türkiyədə
baş verən hadisələr bir neçə həqiqəti
ortaya çıxardı.
Liderliyə iddia edən, hakimiyyət uğrunda mübarizə aparan insanlar bilməlidirlər ki, heç kim
xalqın iradəsinə
qalib gələ bilməz. Xalqın iradəsi ilə
formalaşmış hakimiyyət
hər cür iradədən üstündür
və ona qalib gəlmək indiyədək heç bir qüvvəyə müyəssər olmayıb”.
İnsanların həyatı bahasına öz şəxsi maraqlarını reallaşdırmaq
istəyən şəxslərin
bütün cəhdlərinin
iflasa uğradığını
qeyd edən Əli Həsənov deyib ki, Türkiyədə
dövlət çevrilişi
cəhdi zamanı
250-dən artıq insanın
ölümünə səbəb
olan şəxslər
öz layiqli cəzalarını aldılar. Bütün bu
dərslər onu göstərdi ki, Türkiyədə Prezident
Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi
ilə yürüdülən
siyasət öz bəhrəsini verib, ölkədə milli birlik və sülh şəraiti təmin olunub. Bu milli birlik,
həmrəylik üzərində
qurulan Türkiyə hökuməti bölgədə
və dünyada ciddi güc amilinə çevrilib.
Azərbaycan xalqının 15 iyul hadisələri zamanı qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayan Əli Həsənov Prezident İlham Əliyevin bu hadisədən dərhal sonra qardaş ölkəyə
lazımi dəstəyin
göstərilməsi ilə
əlaqədar tapşırıqlar
verdiyini bildirib. Qeyd edib ki, Azərbaycan
dövləti birinci olaraq bu məsələyə
öz münasibətini
bildirdi və birmənalı şəkildə
Türkiyənin konstitusion
quruluşunu, xalqın
iradəsi ilə formalaşmış hakimiyyəti
dəstəklədi, bu
hakimiyyətə qarşı
xain cəhdləri qətiyyətlə pislədi
və bu hadisəyə siyasi qiymətini verdi.
Ötən bir ildə Azərbaycan dövləti
Türkiyədə ictimai-siyasi
sabitliyin bərpası,
sağlam qüvvələrin
hakimiyyət ətrafında
birləşərək xain
cəhdlərdə iştirak
edən insanların layiqli cəzalarını
alması istiqamətində
qardaş ölkəyə
bütün lazımi
dəstəyi verib və verəcək.
15 iyul hadisələri zamanı şəhid olanların ailələrinə və
bütün türk xalqına bir daha başsağlığı
verən Prezidentin köməkçisi qeyd edib ki, ulu
öndərlərimiz – Mustafa Kamal Atatürk və Heydər Əliyev xalqlarımızın
taleyinin bir olduğunu və bundan sonra da
bir olacağını
birmənalı şəkildə
bəyan ediblər. Ulu öndərlərimizin müəyyən
etdikləri bu yol, bu birlik
daimi və əbədidir.
Əli Həsənov Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi
dostluğu və qardaşlığının xalqlarımız
arasında dostluq və qardaşlıq münasibətlərinin əsas
göstəricisi olduğunu
diqqətə çatdırıb.
Çıxışının sonunda
15 iyul hadisələri
zamanı həlak olanların yaxınlarına
başsağlığı verən Əli Həsənov xalqımızın
və dövlətimizin
Türkiyədə dövlət
çevrilişi cəhdinin
qarşısını alan, demokratiyaya, dövlətçiliyə sadiq
qalan insanlarla həmrəy olduğunu bildirib.
Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral tədbirdə çıxış
edərək 15 iyul hadisələri zamanı
250-dən artıq insanın
həlak olduğunu xatırladaraq dövlət
çevrilişi cəhdinin
ağır nəticələrindən
danışıb. Bildirib ki,
həmin gün Türkiyə xalqı Vətən, dövlətçilik
və demokratiya uğrunda mübarizə apardı.
Azərbaycanda da
1994-cü və 1995-ci illərdə
dövlət çevrilişinə
cəhdlərin olduğunu
xatırladan səfir xalqımızın dəstəyi,
ulu öndər Heydər Əliyevin liderliyi ilə bu cəhdlərin qarşısının alındığını
vurğulayaraq deyib:
"Əsl həqiqətlər
bax belə zamanda ortaya çıxar və həqiqi liderlər yenilməz iradə nümayiş etdirirlər.
Türkiyə xalqı
çox xoşbəxtdir
ki, Prezident Rəcəb Tayyib Ərdoğan kimi qətiyyətli lideri var. Xalq öz liderinin
ətrafında sıx
birləşərək 15 iyul
çevriliş cəhdinin
qarşısını aldı".
Prezident İlham
Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğana məktubunun
qardaşlıq dəstəyinin
göstəricisi olduğunu
vurğulayan diplomat bildirib:
"Azərbaycan FETÖ ilə
mübarizədə ilk andan
bizə fəal dəstək verməyə
başladı. Prezident İlham
Əliyev dövlət
çevrilişi cəhdindən
sonra Prezident Rəcəb Tayyib Ərdoğana ilk zəng edən dövlət başçılarından biridir.
Bu dəstək bizim üçün çox mühüm əhəmiyyət kəsb
edir”.
15 iyul hadisələrinin birinci ildönümü ilə əlaqədar Azərbaycanda
da çoxsaylı anım mərasimlərinin
keçirildiyini vurğulayan
Erkan Özoral göstərilən yüksək
dəstəyə görə
Prezident İlham Əliyevə, Azərbaycan
xalqına və hökumətinə dərin
minnətdarlığını bildirib.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə
parlamentlərarası dostluq
qrupunun sədri, akademik Əhliman Əmiraslanov Türkiyədə
15 iyul hadisələri
zamanı Prezident İlham Əliyevin və Azərbaycan xalqının ilk saatlardan
qardaş ölkə ilə yüksək həmrəylik nümayiş
etdirdiklərini bildirib.
15 iyul hadisələrinin
səbəblərinin geniş
tədqiq olunduğunu
vurğulayan Ə.Əmiraslanov
qeyd edib ki, bu çevriliş
cəhdinin qarşısının
alınmasının əsas
səbəbi türk xalqının mətinliyi,
demokratiyaya və dövlətçiliyə sadiqliyi,
Vətəninə, millətinə,
Prezidentinə yüksək
məhəbbətidir. Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın
həmin hadisələr
zamanı əsl liderlik nümayiş etdirdiyini, xalqı səfərbər edərək
dövlət çevrilişi
cəhdinin qarşısını
aldığını vurğulayan
Ə.Əmiraslanov dostluq
qrupunun üzvlərinin
də ilk saatlardan qardaş ölkəyə
fəal dəstəyini
xüsusi qeyd edib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında bildirib
ki, 15 iyul hadisələri zamanı Türkiyə xalqı
imperialist qüvvələrin müsəlman Şərqində
həyata keçirdiyi
milli dövlətlərin
yox edilməsi siyasətinin reallaşmasına
imkan vermədi. Türkiyə xalqı Vətənə, dövlətçiliyə
və demokratiyaya sadiqliyini nümayiş etdirərək, özünün
beş min illik dövlətçilik
tarixində yeni bir səhifə açdı.
Dövlət çevrilişinə cəhd
zamanı Ankara vilayəti
polis idarəsinin rəis
müavini vəzifəsində
çalışan Tolqa
Yılmaz iyulun 15-də
yaşından asılı
olmayaraq vətəndaşların
küçə və
meydanlara axışaraq
Vətənə, millətə,
demokratiyaya sadiqliyini əsl qəhrəmanlıq
nümunəsi adlandırıb. T.Yılmaz həmin
qanlı və dəhşətli gecə
ilə bağlı xatirələrini anım mərasiminin iştirakçıları
ilə bölüşüb.
Sonda mərasimin iştirakçıları
teatrın binasının
foyesində 15 iyul hadisələri ilə bağlı fotosərgiyə
baxıblar.
Azərbaycan.-
2017.- 15 iyul.- S.7.