Qubada beynəlxalq
festival keçirilib
Təhsil Nazirliyi
və Quba Uşaq Yaradıcılıq
Mərkəzinin birgə
təşkilatçılığı ilə Qubada “Dostluq körpüsü” adlı II Beynəlxalq folklor rəqs festivalı keçirilib.
Rayon icra
hakimiyyətinin akt zalında qonaqlarla olan görüşdə bildirildi ki, Qubanın tarixi kökləri qədim dövrlərə söykənir. Bu bölgənin xalçaları
bütün dünyada
məşhurdur. Əhalinin əsas
məşğuliyyəti bağçılıqla
əlaqədardır. Bağ sahələrinin çox olması rayonun təbiətini daha da gözəlləşdirir,
füsunkarlaşdırır. Əhalisinin 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini xınalıqlılar, 1,2 faizini
mesxet türkləri və sair millətlər
təşkil edən Qubada 20-dən çox azsaylı xalqın nümayəndəsi mehribançılıq
şəraitində yaşayır.
Əsrlərdir ki, rayonda
tolerant mühit hökm
sürür, burada yaşayan azsaylı xalqların nümayəndələri
özlərini azərbaycanlılarla
vahid bir ailədəki kimi hiss edirlər.
Rayonun turizm imkanları genişdir. Beynəlxalq standartlara cavab verən onlarla turizm məkanı mövcuddur ki, hər il
burada minlərlə əcnəbi qonaq istirahət edir.
Ermənilərin azərbaycanlılara qarşı
törətdikləri soyqırımı
faktları festival iştirakçılarının
diqqətinə çatdırıldı. Ermənilər əsrlər boyu xalqımıza qarşı
qətliamlar törətmişlər.
Bu qətliamların bir bariz nümunəsi
də Quba Soyqırımı Məzarlığıdır.
Azərbaycanlılarla yanaşı,
yüzlərlə yəhudi,
ləzgi, rus, tat öldürülərək kütləvi
şəkildə məzarlıqda
basdırılmışdır. Təsadüf nəticəsində aşkar edilən məzarlığı indiyədək
58 dövlətin nümayəndəsi
ziyarət etmiş, erməni vəhşiliklərini
öz gözlərilə
görmüşlər.
Moldovanın “Luventa”,
İran İslam Respublikasının “Oynar”,
Latviyanın “Tapa”, Şimali Osetiyanın “Dağların ritmi”, Gürcüstanın “Qorda”,
Şimali Osetiyanın
“Sarmat”, eləcə də İsrailin rəqs qruplarının rəhbərləri çıxış
edərək bu kimi tədbirlərin gənclərin, məktəblilərin
intellektual inkişafındakı
əhəmiyyətini vurğuladılar.
Gənclər arasında dostluq
əlaqələrinin genişləndirilməsinin
vacibliyindən danışdılar.
Çıxış edənlərin hər
biri Azərbaycan xalqının qonaqpərvərliyinin,
dostluğa sadiq olmalarının şahidi
olduqlarını dilə
gətirdilər.
Görüşdən sonra festival iştirakçıları
Quba Soyqırımı
Məzarlığını ziyarət etdilər, gül dəstələri
qoydular, xalqımızın
tarixi keçmişini
əks etdirən muzey sənədləri ilə tanış oldular.
Daha sonra festival rayonun “Yaşıl teatr”ında öz işinə başladı. Minlərlə tamaşaçının iştirak etdiyi konsert çox böyük maraqla qarşılandı. Səhnəyə ilk olaraq İsraildən gələn məktəblilər
dəvət olundu.
Onların nağıl personajları
əsasında hazırladıqları
tamaşalar, rəqslər
alqışlarla qarşılandı.
Quba Uşaq Yaradıcılıq Mərkəzinin
“Könül” rəqs
ansamblının çıxışı
da alqışlara qərq oldu. Şimali Osetiyanın “Sarmat”, “Dağların ritmi”, “Şatana”, “Gözəl sonalar”, respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin
“Cücələrim”, İranın
“Oynar”, Moldovanın “Luventa”, Latviyanın “Tapa”, Gürcüstanın
“Qvozdika” (Qərənfil),
“Qorda”, Qaraçay Çərkəz
Respublikasının “Nağaraçalanlar”,
Mərdəkan qəsəbə
mədəniyyət sarayının
“Azərbaycan qartalları”
rəqs kollektivlərinin
çıxışları heyrətamiz idi. Bir-birindən maraqlı rəqslər
hamını heyran qoyurdu.
Tədbirin sonunda rəqs kollektivlərinin rəhbərlərinə
Qubanın tarixini, mədəniyyətini özündə
əks etdirən bukletlər və hədiyyələr verildi.
Ötən il iyun ayının 13-də Gürcüstan, Azərbaycan,
Türkiyə, Moldova məktəblilərindən
ibarət və 50-dən
çox rəqs qrupunu birləşdirən
350 nəfərlik nümayəndə
heyəti rayonda olmuş, böyük konsert proqramı ilə çıxış
etmişlər.
Bu il
isə həm festival iştirakçılarının, həm də festivalda iştirak edən dövlətlərin
sayı xeyli artıb.
Akif ƏLİYEV,
Azərbaycan.
- 2017.-15 iyul.- S.12.