“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə 3; 2015, ¹ 11, maddə 1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə 145; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 560-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 38.10-cu maddə əlavə edilsin:
“38.10. Təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun
2017-ci il
Azərbaycan.-
2017.-16 iyul.- S.3.