İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli   461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 9, maddə 788; 2013, ¹ 7, maddə 776; 2014, ¹ 7, maddə 778, ¹ 12, maddə 1523; 2016, ¹ 2, I kitab, maddə 185, ¹ 3, maddə 414; 2017, ¹ 2, maddə 149) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:

“Maddə 4-1. Hesablaşmalar

Bu qanunla müəyyən edilmiş hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.”.

2. 11-ci maddə üzrə:

2.1.   11.1-ci maddədə “nağdya” sözləri “yalnız” sözü ilə əvəz edilsin;

2.2.   11.3-cü maddə ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-16 iyul.- S.4.