“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 522, ¹ 12, maddə 731; 2003, ¹ 1, maddə 16; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 341, ¹ 7, maddə 602; 2010, ¹ 11, maddə 949; 2011, ¹ 2, maddə 71, ¹ 10, maddə 884; 2014, ¹ 11, maddə 1344, ¹ 12, maddə 1528) aşağıdakı məzmunda 21.4-cü maddə əlavə edilsin:

“21.4. Bu qanunun 21.1-ci maddəsi ilə müəyyən edilən təminatlar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-16 iyul.- S.4.