“Turizm haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 394; 2004, ¹ 4, maddə 203, ¹ 6, maddə 396; 2007, ¹ 8, maddə 751; 2014, ¹ 11, maddə 1341; 2016, ¹ 12, maddə 2035) 9-cu maddəsinə aşağıdakı məzmunda 10-cu hissə əlavə edilsin:
“10. Turagentlərə ödəmələr yalnız nağdsız qaydada həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun
2017-ci il
Azərbaycan.-
2017.-16 iyul.- S.4.