Kənd təsərrüfatının inkişafı su ilə təchizatdan asılıdır

 

Nazirlər Kabinetinin son iclasında melioratorların qarşısına yeni vəzifələr qoyuldu

 

Məlumdur ki, son illər Azərbaycanda aqrar sektorun inkişafına xüsusi önəm verilir. Bu da səbəbsiz deyil. İqtisadi cəhətdən aqrar sahə qeyri-neft sektorunda yüksək çəkiyə malikdir, ölkə əhalisinin də 48 faizi bu sahədə çalışır. Digər tərəfdən, kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təminatıdır. Aqrar sektorun inkişafı bir çox amillərdən, xüsusən əkin sahələrinin su ilə təchizatından asılıdır. Bu baxımdan Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında meliorasiya işlərindən geniş danışılması təsadüfi deyil.

Dövlət başçısı həmin islacda həyata keçirilən meliorativ tədbirlər haqqında demişdir: “İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdu ki, biz 100 min hektardan çox yeni torpaq sahələrinin suvarılmasını təşkil edək və bu istiqamətdə işlər gedir. Biz buna nail olacağıq. Biz yeni layihələr üzərində işləyirik. Elə etməliyik ki, suvarma işlərini maksimum dərəcədə yüksək səviyyədə aparaq. Çünki bu, məhsuldarlığa bilavasitə təsir göstərir. Subartezian quyularının qazılması davam etdirilir. 2013-2016-cı illərdə minə yaxın subartezian quyusu qazılmışdır. İyun ayında yeni sərəncam imzalamışam. Bu sərəncam əsasında 36 rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusu qazılacaq və deməli, 375 min insan bundan istifadə edəcək. Əvvəlki illərdə qazılmış quyular hesabına 1 milyon 300 min insan bu imkandan istifadə edib”.

Bu faktlardan da göründüyü kimi, dövlət tərəfindən göstərilən qayğı sayəsində minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi aparılıb, 347 min hektar sahədə suvarılan torpaqların su təminatı, 239 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə qatılıb. Bundan əlavə, 1804 subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı Kür, Arazdağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.

Taxtakörpü və Şəmkirçay su anbarlarının tam gücü ilə işləməsi nəticəsində 200 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması, 50 min hektara yaxın yeni suvarılan sahələrin dövriyyəyə cəlb olunması mümkün olub. Cari ilin iyun ayının 15-də Taxtakörpü su anbarı tam layihə həcmində - 270 milyon kubmetr su ilə doldurulubqurğu tam gücü ilə işləməyə başlayıb. Beləliklə, istifadəyə verildiyi vaxtdan indiyədək su anbarına 1 milyard 241 milyon kubmetr su yığılıb ki, onun da 1 milyard 127 milyon kubmetri su istifadəçilərinin ixtiyarına verilib. Bu su anbarı zonasında ilkin mərhələdə suvarma suyu ilə təmin edilmiş 11 min hektara yaxın yeni suvarılan torpaqlar hazırda aqroparklariri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir.

Cari ildə Xızı, Siyəzən və Şabran rayonlarında daha 21 min hektara yaxın sahə suvarma suyu ilə təmin ediləcək. Şəmkirçay su anbarının fəaliyyətə başlaması ölkəmizin geniş torpaqlara malik qərb bölgəsində kənd təsərrüfatının inkişafına böyük təkan verir. Burada yığılan su hesabına Şəmkir, SamuxGöygöl rayonlarının 35 min hektara yaxın əkin sahəsinin su təminatı yaxşılaşıb. Şəmkir və Göygöl rayonlarının 4 min, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib.

Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi sayəsində Goranboy rayonunun su mənbəyi işğal altında olan 8 min hektar sahəsinə su çatdırılıb, daha 18 min hektardan çox sahəyə suyun çatdırılması üçün kanalda tikinti işləri davam etdirilir. Bu da təbii ki, həmin bölgədə kənd təsərrüfatı məhsullarının istehsalını artırmağa imkan verəcək.

Su anbarları ilə yanaşı, KürAraz çaylarından nasoslar vasitəsilə əkin sahələrinin suvarılması prosesiuğurla həyata keçirilir. Cari ilin may ayının 1-dək bu üsulla Sabirabad rayonunun 4 min hektardan çox əkin sahəsi suvarılma suyu ilə təmin edilib. Heyvandarlığın inkişafında yem bazası olan otlaq sahələrinin də su ilə təmini unudulmayıb. Bu məqsədlə ilin sonuna qədər həmin rayonda 5 min hektar qış otlaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Cari ildə Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək sentyabr ayında Neftçala rayonunun 5605 hektar və Ağcabədi rayonunun 2700 hektar yeni suvarılacaq torpaq sahələri istifadəyə veriləcək. Bundan əlavə, Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma su mənbəyi yaratmaq məqsədilə Araz çayının yeni qolunun inşası davam etdiriləcək, uzunluğu 54 kilometr olan kanalın tikinti işlərinə başlanılır və cari ilin oktyabr ayında tamamlanacaq.

Ümumiyyətlə, son illər ölkədə həyata keçirilən meliorativ tədbirlər nəticəsində 1 milyon 376 min hektar sahədə suvarma suyundan istifadə olunur. Bu da 136 min hektar pambıq, 518 min hektar taxıl, 3 min hektara yaxın tütün, 410 min hektar yem bitkiləri, 65 min hektar bostan-tərəvəz və digər bitkilər orta hesabla 2,5 dəfə suvarılması deməkdir.

Cari ildə 69 min hektar pay torpaqlarında və 67 min hektar dövlət fondu və qış otlaq sahələrində, bələdiyyə və meşə torpaqlarında əkilmiş 136 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün 6807 kilometr suvarma kanalları və 1489 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib.

Görülən tədbirlər nəticəsində kənd təsərrüfatında məhsul istehsalı sürətlə artır. Bunun sayəsində ölkənin daxili tələbatı ödənilir, bir çox məhsullar ixrac olunur. Son dövrlər ixracatda kənd təsərrüfatı məhsullarının çəkisinin artması da bunu sübut edir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2017.-16 iyul.- S.1; 5.