“Səyyar kitabxana”nın növbəti ünvanı “Azərbaycanın Gənclər Paytaxtı” Balakən
olub
2017-ci il
üçün “Azərbaycanın
Gənclər Paytaxtı”
seçilən Balakəndə
“paytaxt ili” çərçivəsində növbəti maraqlı layihəyə start verilib.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqının (ATGTİ) birgə təşkilatçılığı
ilə 2013-cü ildən
reallaşdırılan “Səyyar
kitabxana” layihəsi bu dəfə Balakən rayonunun gənclərinin, kitabsevərlərinin
qonağı olub.
AZƏRTAC xəbər
verir ki, “Səyyar kitabxana”nın açılışı münasibətilə
keçirilən tədbirdə
rayon icra hakimiyyəti
başçısının müavini Nəzakət Rüstəmova, gənclər
və idman idarəsinin rəisi Rasim Paçalov çıxış edərək,
yeniyetmə və gənclərin kitaba, mütaliəyə olan marağının artırılmasında,
asudə vaxtlarının
mənalı və səmərəli təşkilində
belə layihələrin
əhəmiyyətini vurğulayıblar.
“Səyyar kitabxana” layihəsinin baş əlaqələndiricisi
Zaur Abdullayev jurnalistlərə müsahibəsində
2013-cü ilin aprelində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı olan
bu layihənin ötən müddət ərzində respublikamızın
bir çox şəhər rayonlarında,
o cümlədən 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilən Gəncə
şəhərində və
2016-cı il üçün “Azərbaycanın
Gənclər Paytaxtı”
Şəmkirdə uğurla
reallaşdığını bildirib. Diqqətə çatdırılıb ki, ötən dövrdə səyyar kitabxana ilə bağlı 18 minə yaxın müraciət olub.
Bildirilib ki, hazırda səyyar kitabxananın fondunda beş minə
yaxın kitab və on minədək kitabın elektron versiyası var. Oxucular elektron versiyaları yaddaş kartı vasitəsilə köçürüb
götürə bilərlər.
Kitabxanada, həmçinin dərsliklər də var.
Ali təhsil müəssisələrinə
hazırlaşan abituriyentlər
onları səyyar kitabxanadan əldə edə bilərlər.
Balakən şəhərinin
mərkəzində, Heydər
Əliyev adına mədəniyyət və
istirahət parkının
girişində, kanat yolunun qarşısındakı
meydanda fəaliyyətə
başlayan “Səyyar kitabxana” 15 gün müddətində günorta
saat 12.00-dan axşam saat 20.00-dək balakənli
kitabsevərlərə xidmət
göstərəcək.
Azərbaycan.- 2017.-12 iyul.- S.5.