Azərbaycan Prezidenti İlham Əliyevin Riqada rəsmi
qarşılanma mərasimi olub
İyulun 17-də Latviya Prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Latviya Prezidenti Raymonds Veyonis Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə
raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından
keçdilər.
Latviyanın dövlət və hökumət nümayəndələri
Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə
heyətinin üzvləri
Latviya Prezidenti Raymonds Veyonisə təqdim olundu.
Prezidentlər rəsmi foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev “Riqa” qəsrinin “Gerblər” salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini
yazdı.
Sonra hədiyyələr
təqdim edildi.
AZƏRTAC
Azərbaycan.-
2017.-18 iyul.- S.1.