Prezident İlham Əliyevin və Prezidenti Raymonds Veyonisin təkbətək görüşü
İyulun 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edildi.
Görüşdə, həmçinin
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.-
2017.-18 iyul.- S.1.