Azərbaycan və Latviya prezidentlərinin
geniş tərkibdə görüşü
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edildi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışdı.
Görüşdə Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin əhəmiyyəti qeyd olundu, bu sənədlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edildi. Həmçinin təhsil sahəsində əməkdaşlıq müzakirə edildi və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edildi. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olundu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışıldı.
Prezident
Raymonds Veyonis
vurğuladı ki, Latviya
Azərbaycanın ərazi bütövlüyünü
daim dəstəkləyib və bundan sonra da
dəstəkləyəcək. Latviya
dövlətinin başçısı ölkəsinin gələcəkdə
də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının
möhkəmləndirilməsi işinə töhfə verəcəyini
vurğuladı.
AZƏRTAC
Azərbaycan.-
2017.-18 iyul.- S.2.