Azərbaycan-Latviya sənədləri imzalanıb
İyulun 17-də geniş tərkibdə
görüş başa çatdıqdan sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Latviya
Respublikasının Prezidenti Raymonds Veyonisin iştirakı ilə
sənədlərin imzalanması mərasimi olub.
AZƏRTAC-ın xüsusi
müxbiri xəbər verir ki, Prezident İlham Əliyev və
Prezident Raymonds Veyonis “Azərbaycan Respublikası ilə Latviya
Respublikası arasında strateji tərəfdaşlığın
yaradılması haqqında Birgə Bəyannamə”ni
imzaladılar.
“Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya
Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq
kombinə edilmiş yükdaşımaları haqqında
Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən
İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın həmsədri,
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu
Bağırov və Latviyanın nəqliyyat naziri Uldis Auqulis
imzaladılar.
“Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi ilə Latviya
Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə
təhlükəsizliyə dövlət nəzarəti sahəsində
əməkdaşlıq haqqında Saziş”i Azərbaycan tərəfdən
İqtisadi, Elmi-Texniki və Mədəni əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın həmsədri,
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu
Bağırov və Latviyanın təhsil və elm naziri Karlis
Şadurskis imzaladılar.
“Azərbaycan Respublikası
Hökuməti ilə Latviya Respublikası Hökuməti
arasında təhsil sahəsində əməkdaşlıq
haqqında Saziş”i Azərbaycanın təhsil naziri
Mikayıl Cabbarov və Latviyanın təhsil və elm naziri
Karlis Şadurskis imzaladılar.
AZƏRTAC
Azərbaycan.-
2017.-18 iyul.- S.2.