Fədakar alim ömrü

 

Elm xadimlərimiz

 

Azərbaycan iqtisad elminin inkişafında böyük xidmətlər göstərmiş görkəmli alim, iqtisad elmləri doktoru Səttar Səfərovun bu gün doğum günüdür. Ömür vəfa etsəydi, doğmaları, yaxınları, dostları onu 80 illik yubileyi münasibətilə təbrik edəcəkdilər... 70 illiyində olduğu kimi. O zaman ən böyük təbrik Azərbaycan Prezidenti İlham Əliyevdən gəlmişdi. Dövlət başçısı Səttar İsmayıl oğlu Səfərovu 70 illik yubileyinə iki gün qalmış, 2007-ci il iyulun 16-da Azərbaycanın iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif etməklə ona ən dəyərli qiyməti vermişdi.

Haqq dünyasına, əbədiyyətə qovuşmasından 6 il ötsə də, həyatı boyu ən yüksək insani keyfiyyətlərin daşıyıcısı olmuş bu dəyərli alimin aramızda olmamasına inanmaq həqiqətən də çətindir. Qəfil ölüm bu dəyərli ziyalını elmi-ictimai fəaliyyətinin ən qaynar çağında aramızdan apardı. Səttar müəllimin yaxınlarının, müəllim yoldaşlarının, dostlarının, tələbələrinin fikirlərini dinlədikcə bir daha əmin olursan ki, əsl vətəndaş kimi yaşayıb xalqına, dövlətinə təmənnasız xidmət göstərən belə dəyərli ziyalılar, saf əqidə və məslək sahibləri, ömrü boyu yüksək ideallarla dövlətçilik və vətəndaşlıq mövqeyində dayanmış insanlar hər zaman ehtiramla yad edilməyə layiqdirlər.

Uzun illər elmi, ictimai fəaliyyətdə və axtarışlarda ömür sürən professor Səttar Səfərov həyatının sonuna qədər əsl vətəndaş təəssübkeşliyindən irəli gələrək Azərbaycanın inkişafı, onun işıqlı gələcəyi naminə çalışmışdır. Öz araşdırmaları ilə iqtisad elmində dəst-xəttini yaratmış, sözünü demişdir. Ömrünü Azərbaycan iqtisad elminin inkişafına, respublikamızda bacarıqlı, peşəkar iqtisadçı kadrların yetişdirilməsinə sərf etməklə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğul olan Səttar Səfərov ulu öndər Heydər Əliyevin dövlət quruculuğunun uğurla reallaşmasında bir alim və ziyalı olaraq əlindən gələni əsirgəməmişdir.

Səttar Səfərov mənalı həyat yolu keçmişdir. O, 1937-ci il iyulun 18-də Ermənistanın Vedi rayonunun Şirazlı kəndindən başlayan şərəfli tale yolunda gənc yaşlarından tutmuş ömrünün sonuna qədər hər zaman əqidəsi, paklığı, insani keyfiyyətləri ilə örnək və nümunə olmuşdur. Orta təhsili başa vurduqdan sonra 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsində təhsil almasına və pedaqoji sahədə fəaliyyətə başlamasına baxmayaraq, gələcək elmi fəaliyyətini məhz iqtisad elmi sahəsində görmüşdür. 1966-cı ildən Azərbaycan NeftKimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Siyasi-iqtisad kafedrasında müəllim işləyən Səttar Səfərov bir ildən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) aspiranturasına qəbul olunmuşdur.

Daim elmi axtarışda olan, respublikamızda iqtisadçı kadrların yetişdirilməsi üçün xüsusi səy göstərən Səttar Səfərov 1971-ci ildən etibarən Moskva Kooperativ İnstitutunun Bakı filialında baş müəllim, dosentkafedra müdiri işləmişdir. Səttar Səfərov 1985-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək bir il sonra professor kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə isə Azərbaycan Kooperasiya İnstitutunun rektoru vəzifəsinə irəli çəkilmişdir. Beləliklə, ömrünün böyük hissəsini iqtisadçı kadrların hazırlanmasına həsr etmiş, respublikada iqtisadiyyat elminin inkişafına görkəmli iqtisadçı kimi dəyərli və zəngin töhfələr vermişdir.

İqtisad elmindəki çoxşaxəli fəaliyyəti ilə diqqəti cəlb edən, Azərbaycanın tanınmış iqtisadçı alimləri arasında öz layiqli yeri olan Səttar Səfərov 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir.

Səttar Səfərov ömrünün 47 ilini Azərbaycan iqtisad elminin ayrı-ayrı sahələrinə dair maraqlı tədqiqatlara həsr etmiş, mühüm nəticələrə nail olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, iqtisad elmində ilk dəfə iqtisadi inkişafa qeyri-iqtisadi amillərin təsirini tədqiq edənlərdən biri məhz Səttar Səfərov idi. İqtisadçıların əksəriyyəti iqtisadi inkişafa təsir edən iqtisadi amilləri tədqiq etmişlər. O, iqtisadiyyata texniki, texnoloji amillərin, əməyin, istehsalın təşkilinin, idarəetmə sisteminin struktur, investisiya siyasətinin təkmilləşdirilməsinin sağlam rəqabətə meydan açılmasının, iqtisadi islahatların və s. rolunu obyektiv qiymətləndirməklə yanaşı, üstqurum amillərinin, siyasi, hüquqi, ideoloji, mənəvi amillərin, ölkədə siyasi sabitliyin təmin edilməsinin, dövlətin formalaşdırdığı iqtisadi strategiyanın, ali hakimiyyət orqanının qəbul etdiyi qanunların, qərarların, dövlət başçısının verdiyi fərmanların, sərəncamların, ölkədə qəbul olunmuş digər hüquqi normativ aktların, əsasnamələrin, təlimatların, bir sözlə, dövlətin iqtisadi funksiyalarını reallaşdırmağın iqtisadi inkişafda yeri, rolu və əhəmiyyətini tədqiq etmişdir.

Onunİqtisadi sistemin transformasiyası: dövlət tənzimlənməsi problemləri”, “Normal siyasi mübarizənin ilkin şərti: demokratiya, sərbəst iqtisadiyyat və sahibkarlıq”, “İqtisadi siyasət strategiyası: konseptual əsasları” monoqrafiyaları, “İqtisadi ekstremizm”, “İqtisadi avantürasiyasi konyunkturçuluq”, “İqtisadi suverenlik: kim hansı siyasətə xidmət edir”, “Azərbaycanın keçid iqtisadiyyatında maliyyə sabitlliyi problemi” və digər qeyri-iqtisadi amillərin sosial-iqtisadi inkişafda roluna aid məqalələri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Onların bir çoxu barədə rəylər verilmişdir.

1995-ci ildən Səttar Səfərovun həyatında yenidaha şərəfli, şərəfli olduğu qədər də məsuliyyətli bir mərhələ başlamışdır. Həmin il müstəqil Azərbaycan dövlətinin birinci çağırış Milli Məclisinə keçirilən seçkilərdə Səttar Səfərov 89 saylı Ucar-Göyçay seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Elə həmin ilin dekabrında iqtisadçı alim kimi bilik və bacarıqları nəzərə alınan Səttar Səfərov həm də parlamentin Büdcə məsələləri daimi komissiyasının sədri vəzifəsinə layiq görülmüşdür.

Azərbaycan Respublikasının birinci çağırış Milli Məclisinin qarşısında çox vacibtaleyüklü vəzifələr dayanırdı. Bu vəzifələrdən biri, ən əsası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla yeni siyasi-ictimai formasiyaya keçən müstəqil Azərbaycan dövlətinin dövrün tələblərinə cavab verən iqtisadi qanunvericilik bazasının hazırlanması idi. Həm də o dövrdə ölkədə Heydər Əliyevin sayəsində ictimai-siyasi sabitlik bərqərar edilmiş, iqtisadi tənəzzülün qarşısı alınmış, sosial-iqtisadiaqrar sferada çoxşaxəli islahatların həyata keçirilməsinə başlanılmışdı. Məhz bu islahatların və ulu öndərin siyasi, iqtisadisosial xəttinin qanunvericilik nöqteyi-nəzərindən dəstəklənməsi baxımından parlamentin üzərinə böyük vəzifələr düşürdü.

Səttar Səfərovun rəhbərlik etdiyi Büdcə məsələləri daimi komissiyası Azərbaycanın iqtisadi qanunvericiliyinin hazırlanması və iqtisadi-sosial islahatların həyata keçirilməsi istiqamətində xeyli gördü. Uğurlu fəaliyyət nəticəsində onlarla yeni qanun layihəsi hazırlanıb Milli Məclisin müzakirəsinə təqdim olundu. Həmin qanun layihələrinin demək olar ki, hamısı qəbul edildi və Azərbaycanın iqtisadi qanunvericilik bazasının formalaşmasına və təkmilləşməsinə töhfələr verdi. Hazırda ölkəmizin dövlət quruluşunun əsasları, mülki, maliyyə və kredit, sahibkarlıq fəaliyyəti, sənaye, tikinti, ticarət qanunvericiliyini təşkil edən əsas qanunlar birinci çağırış Milli Məclis tərəfindən qəbul edilmişdir.

2000-ci il noyabr ayının 5-də Səttar Səfərov 49 saylı Ağdaş seçki dairəsindən deputat seçildi. Bu dəfə Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasına yenidən rəhbərlik edən Səttar Səfərov Azərbaycanın iqtisadi qanunvericiliyinin hazırlanması işində fəaliyyətini uğurla davam etdirdi. Ölkəmizin iqtisadi qanunlarının və qərarlarının hazırlanmasında və Milli Məclisin müzakirəsinə verilməsində aparıcı rol oynayanlardan biri oldu. Bütövlükdə Səttar Səfərovun Milli Məclisdə 10 illik fəaliyyəti dövründə parlamentdə ölkəmizin büdcə-vergi, pul-kredit siyasəti və iqtisadiyyatın digər sahələrinə dair 300-dən çox qanun layihəsi və ya qanunlarda dəyişikliklər və əlavələr müzakirə olunaraq qəbul edildi. Həmin sənədlər bu gün də Azərbaycan Respublikasının iqtisadi həyatının ən müxtəlif sahələrində uğurla tətbiq olunur.

Diqqəti çəkən məqamlardan biriMilli Məclisdə dövlət büdcəsi layihəsinin vaxtında müzakirə edilərək təsdiqlənməsi idi. Səttar Səfərov xüsusən büdcə zərfinə daxil olan məsələlərin müzakirəsində həm fəal, həm də həssas idi. Büdcə ilə bağlı qanun layihələrindəki kiçicik nöqsan belə onun diqqətindən yayına bilməzdi. Büdcə zərfindəki bütün məsələlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmalı idi.

Səttar Səfərov Milli Məclisdə komissiya sədri kimi fəaliyyətini yalnız ölkəmizin iqtisadi qanunvericiliyinin formalaşdırılması və ya təkmilləşdirilməsi ilə məhdudlaşdırmırdı. O, həm də siyasi fəaliyyətlə məşğul idi. 1995-2005-ci illər ərzində ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Səttar Səfərov beynəlxalq tədbirlərdə Milli Məclisi uğurla təmsil etməklə yanaşı, xarici səfərlərdə, ezamiyyətlərdə olarkən Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırmaq üçün səmərəli fəaliyyət göstərmişdir. O, istər xarici ölkələrdə olarkən, istərsə də xarici dövlətlərdən gələn nümayəndə heyətləri ilə Milli Məclisdə görüşərkən Dağlıq Qarabağ məsələsini daim diqqət mərkəzinə çəkir, Azərbaycanın ədalətli mövqeyini izah etmək üçün zəruri işlər aparırdı.

Səttar Səfərov həm də Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri kimi fəaliyyət göstərmişdir. Yeri gəlmişkən, alman parlamentariləri ilə Milli Məclisin deputatları arasında səmimi və işgüzar əlaqələrin yaradılmasında Səttar müəllimin xüsusi xidmətləri olmuşdur.

Səttar Səfərovun bir aliminsan kimi böyüklüyü onda idi ki, o, Milli Məclisdə fəaliyyəti dövründə yalnız qanun yaradıcılığı ilə kifayətlənmirdi. Ulu öndər Heydər Əliyevin uğurlu inkişaf konsepsiyası sayəsində Azərbaycanın tərəqqi yoluna qədəm qoyması, 2003-cü ildən sonra Prezident İlham Əliyevin ümummilli liderin siyasi yolunu uğurla davam etdirməklə ölkəmizin sürətli yüksəlişinə nail olması hər birimiz kimi Səttar Səfərovun da gözləri önündə baş verirdi. O, həm də inkişafa qanunvericilik baxımından verdiyi töhfələrlə sürətli tərəqqidə xidmətləri olan bir alim idi. Lakin Səttar Səfərov qələmə aldığı monoqrafiyalarda da nəzəriyyəçi və alim kimi təhlillər aparır, bu inkişafın izahını verirdi. Bu mənada Səttar Səfərov Azərbaycan iqtisadiyyatının inkişafından bəhs edən onlarca sanballı kitabın, əsərlərin, monoqrafiyaların müəllifi kimi də tanınıb.

2001-ci ildə çap etdirdiyi “Müstəqillik və iqtisadiyyat” kitabı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 10 illiyinə həsr edilmişdir. Əsərdə büdcə-vergi, pul-kredit, qiymət-tarif siyasətinin təkmilləşdirilməsi və onların koordinasiyası bazasında milli istehsalın stimullaşdırılması, idxalı əvəzləyən, rəqabətqabiliyyətli məhsullar istehsalının artırılması probleminə geniş yer verilmişdir.

2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dinamik və sürətli inkişafı müasir Azərbaycanın reallığına çevirmişdir. Məhz bu inkişafdan yaranan sevincqürur hissləri ilə yanaşı, bu yüksəlişə alim baxışı Səttar Səfərovun “Yeni Azərbaycan: iqtisadiyyat, siyasət, dinamizm” monoqrafiyasında yer almışdır.

“Heydər Əliyev kursu yeni keyfiyyət halında: iqtisadiyyat, siyasət, dinamizm, problemlər, perspektivlər” kitabı ümummilli lider Heydər Əliyevin elmi-nəzəri və təcrübi irsinin öyrənilməsinə həsr olunmuşdur. Əsərdə yeni iqtisadi düşüncəyə, müasir iqtisadi təfəkkürə malik İlham Əliyevin ümummilli liderin strateji kursuna yiyələnərək onu yeni keyfiyyət halına yüksəltməsi, sosial-iqtisadi inkişafa dinamizm gətirən, xalqın rifahının yüksəlməsinə təsir edən praktiki konkret faktiki materiallar əsasında tədqiq edilir.

Alimin 2003-cü ildə nəşr edilmişİlham Əliyev - ümummilli liderimizə layiq şəxsiyyət” kitabında Azərbaycan iqtisadiyyatının vəziyyəti faktiki materiallar əsasında təhlil edilir, iqtisadi inkişafda qazanılmış nailiyyətlər və həllini gözləyən problemlər araşdırılır. Yerli istehsalı stimullaşdırmaq, iqtisadi inkişafa dinamizm gətirmək üçün qarşıda duran vəzifələrə dair praktiki əhəmiyyəti olan təkliflər verilir.

Ümumilikdə 26 kitabın və 350-dən artıq elmi məqalənin müəllifi olan Səttar Səfərov bir iqtisadçı alim kimi, hətta dünya ölkələrində də imzası ilə tanınırdı. Müxtəlif dillərdə nəşr olunan qəzet və jurnallarda 100-dən çox məqaləsi işıq üzü görmüşdü. Xüsusən də Rusiya, Türkiyə, Polşa, Fransabir sıra digər xarici ölkələrdə çap olunmuş elmi-siyasi məqalələri maraqla qarşılanırdı. Səttar Səfərov ölkəmizin iqtisadi həyatına həsr olunmuş “dəyirmi masa”ların, diskussiyaların da fəal iştirakçılarından biri idi.

Səttar Səfərov ömrünün son illərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının professoru olmuşdur. Görkəmli alim iqtisad elminin incəliklərini tələbələrə öyrətməklə yanaşı, Azərbaycanın dinamik inkişafına da biganə qala bilməmiş, “Yeni mərhələnin dinamikası” (2007-ci il) və “İlham Əliyev. Dinamik inkişafın uğurlu gələcəyin təminatçısı” (2008-ci il) monoqrafiyalarında Azərbaycanın sürətli inkişafı ilə bağlı alim kimi qənaətlərini bölüşmüşdür.

Səttar Səfərov ömrünü elmə, iqtisadi inkişafın nəzəri əsaslarına, tələbələri öyrətməyə həsr edən əsl iqtisadçı alim idi. Ona görə bu ömür, nümunəvi həyat yolu hər kəsə örnək və məktəbdir. Səttar Səfərovun əziz xatirəsi onu tanıyanların, həyat və fəaliyyət yollarında birgə addımladığı insanların qəlbində daim yaşayacaq.

 

Nizami XUDİYEV,

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,

əməkdar elm xadimi, professor

 

Azərbaycan.- 2017.-18 iyul.- S.6.