“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 2, maddə 56; 2002, ¹ 6, maddə 328; 2004, ¹ 3, maddə 133; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602) 22-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

Bu maddədə nəzərdə tutulan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il

 

Azərbaycan.- 2017.-19 iyul.- S.3.