Əbülfəs Qarayev Şəmkirdə vətəndaşlarla görüşüb

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, QazaxTovuz rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülübbununla bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-19 iyul.- S.4.