Səudiyyə Ərəbistanın “Əl-Cəzirə”
qəzetində Ermənistanın Azərbaycana təcavüzü
ilə bağlı məqalə dərc olunub
Səudiyyə Ərəbistanının nüfuzlu
qəzetlərindən biri
olan “Əl-Cəzirə”
qəzetində “Ey Vətən, ürəyimizdəsən!”
sərlövhəli məqalə
dərc olunub.
Müəllifi Azərbaycan
Respublikasının Səudiyyə
Ərəbistanı Krallığındakı
səfiri Rasim Rzayev olan məqalədə
Azərbaycan xalqının
sülh və ədalət uğrunda mübarizə apardığı,
ölkəmizin Ermənistan
tərəfindən hərbi
təcavüzə məruz
qaldığı, vətəndaşlarımızın
doğma yurd-yuvalarına
qayıdacağı günü
səbirsizliklə gözlədiyi
oxucuların diqqətinə
çatdırılıb.
Müəllif Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı oxuculara geniş məlumat verib, hərbi təcavüz nəticəsində
ölkəmizin ərazisinin
20 faizinin işğal
edildiyini, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkünə
çevrildiyini qeyd edib.
Məqalədə Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü və işğalçı dövlətin
son günlərdə qoşunların
təmas xəttində
vəziyyəti gərginləşdirməsi
barədə məlumat
verilib, ölkəmizin
mövqeyini dəstəklədiyinə
və Ermənistanla diplomatik əlaqələr
qurmaqdan imtina etdiyinə görə Krallığın xalqına
və rəhbərliyinə
minnətdarlıq ifadə
olunub. Bu addımın
Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək
qiymətləndirildiyi diqqətə
çatdırılıb, beynəlxalq
təşkilatlar çərçivəsində
hərbi təcavüzü
pisləyən, işğal
olunmuş ərazilərin
azad edilməsini və qaçqın və məcburi köçkünlərin öz
doğma torpaqlarına
qaytarılmasını tələb
edən sənədlərin
qəbulunda Krallığın
xüsusi rolu qeyd olunub.
Müəllif iyulun
4-də Ermənistan silahlı
qüvvələri tərəfindən
Füzuli rayonunun Alxanlı kəndi istiqamətində minaatanlardan
və dəzgahlı qumbaraatanlardan açılmış
atəş nəticəsində
kənd sakinləri Allahverdiyeva Sahibənin və onun ikiyaşlı
nəvəsi Quliyeva Zəhranın həlak olduqlarını, Quliyeva Sərvinazın isə ağır yaralandığını
bildirib. Bu hadisənin
təmas xəttinin beş kilometrliyində
baş verdiyini, qanlı cinayətin müharibə qaydalarının
pozulması ilə törədilən mülki
əhalinin qətli aktı olduğunu, hədəfə alınan
Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən
uzaq məsafədə
yerləşməsinin düşmən
qüvvələrinin mülki
obyekti məqsədyönlü
şəkildə seçməsini
sübut etdiyini vurğulayıb. O, Ermənistan
silahlı qüvvələrinin
təmas xəttinə
yaxın ərazilərdə
yerləşmiş azərbaycanlı
mülki əhalini məqsədyönlü şəkildə
hədəf almasının
beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilməsinin
vacibliyini və bu kimi vəhşiliklərə
bəraət qazandırmanın
mümkün olmadığını
qeyd edib.
AZƏRTAC
Azərbaycan.-
2017.-19 iyul.- S.6.